Rusiyanın müdafiə naziri Bakıya gəlib
01 avqust 2009 16:02 (UTC +04:00)

Rusiyanın müdafiə naziri Bakıya gəlib

Anatoli Serdyukov bu gün Qəbələ RLS-ə baş çəkəcək
Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov bu gün Azərbaycana işgüzar səfər edib. O, səhər saatlarında Bakıya gəlib. Müdafiə Nazirliyinin rəsmisi Eldar Sabiroğlunun ANS PRESS-ə verdiyi məlumata görə, səfərin məqsədi hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etməkdir. A.Serdyukov bu gün Qəbələ RLS-ə də baş çəkəcək.
Səfər proqramına həmçinin Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə və ölkənin siyasi rəhbərliyi ilə görüşlər də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar