Elmar Məmmədyarov Bolqarıstanın baş nazirinin xahişini rədd etdi
Futbolçular ölkələrinə uçmaq üçün 12 min avro ödəyiblər
Bolqarıstanın “Levski” futbol klubu “Bakı” komandası ilə iyulun 28-də keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Azərbaycan paytaxtını gecə vaxtı tərk edə bilməyib.
Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu vəziyyət Bakı üzərində saat 24:00-dan səhər 07:00-dək uçuşların qadağan edilməsi ilə əlaqədar yaranıb.
Bolqarıstan komandası “Bakı” ilə görüşdən dərhal sonra Heydər Əliyev hava limanından Sofiyaya yollanmaq istəyib. Lakin həmin vaxt saat 24:00-ı keçdiyindən, “Levski”nin oyunçuları hava limanında səhərədək gözləməli olublar. Bu halda onlara alternativ variant – 12 min avro ödəmək və öz ölkələrinə istədikləri vaxtda təyyarə ilə uçmaq təklif olunub. Lakin “Levski”nin prezidenti Todor Batkov bundan imtina edib.
Əvəzində Batkov Bolqarıstanın baş naziri vasitəsilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovdan uçuşa icazə verməsini xahiş edib. Lakin Məmmədyarov da ölkəmizin daxili qanununu pozmaqdan imtina edib.
Beləliklə, “Levski” Sofiyaya qayıtmaq üçün 12 min avro cərimə ödəməli olub. İndi “Bakı”nın rəqibi baş verən insidentlə bağlı UEFA-ya şikayət etməyə hazırlaşır.
Qeyd edək ki, “Bakı” – “Levski” matçı 0:0 hesabı ilə başa çatıb. Cavab görüşü avqustun 5-də Sofiyada keçiriləcək.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53