“Rusiya ilə əməkdaşlıq Azərbaycanın “Nabucco”da iştirakına mane olmur”
28 iyul 2009 15:00 (UTC +04:00)

“Rusiya ilə əməkdaşlıq Azərbaycanın “Nabucco”da iştirakına mane olmur”

““Nabucco” layihəsinin reallaşması üçün şans var”.

APA-nın məlumatına görə, bu fikirləri Avropa Komissiyasının Rusiyadakı nümayəndəliyinin rəhbəri Mark Franko söyləyib:

“Bu gün imkanlar var ki, bu kəməri Azərbaycan, İran və digər mənbələr, o cümlədən Misir qazla təchiz etsin. Azərbaycan Rusiya ilə başqa layihə üzrə əməkdaşlıq edir, lakin bu, Azərbaycanın “Nabucco” layihəsində iştirakına mane olmur”.

Xatırladaq ki, “Nabucco” layihəsi üzrə hökumətlərarası saziş iyulun 13-də Ankarada imzalanıb. Sazişə Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan və Rumıniya imza atıblar. Almaniya tranzit ölkə olmadığına görə sazişi imzalamayıb. 7,9 milyard avro dəyəri olan “Nabucco” kəməri Xəzər hövzəsindən hasil olunan qazın Avropa İttifaqı ölkələrinə çatdırılmasını nəzərdə tutur. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlanacaq, kəmərlə ilk daşımalara 2014-cü ildə start veriləcək. Kəmərin illik daşıma gücü 31 milyard kubmetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar