Erməni əsirliyindəki əsgər evlərinə məktub yaıb
Ötən il oktyabrın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənovun ailəsinə yazdığı məktubun məzmunu açıqlanıb.
Əsirin atası Rəhman Həsənov APA-ya bildirib ki, R.Həsənov məktubunda bütün Səfərli qəsəbəsinə salam göndərib: “O yazıb ki, vəziyyəti yaxşıdır. Qardaşı uşaqlarına, qardaşı arvadlarına, qohumlara və qəsəbə əhalisinə salam göndərib”.
R.Həsənov bildirib ki, oğluna yazdığı cavab məktubunda ona salam göndərib, yolunu gözlədiklərini bildirib.
Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları iyulun 23-də R. Həsənova baş çəkərək onun saxlanma şəraitinin monitorinqini aparıblar və ondan ailəsinə məktub gətiriblər.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə, Qazax rayonu ərazisində, Ermənistanla təmas xəttində, naməlum şəkildə əsir götürülüb.

943