Bakı erməniləri Borçalıda muzdlu fəhləlik edirlər
21 iyul 2009 13:00 (UTC +04:00)

Bakı erməniləri Borçalıda muzdlu fəhləlik edirlər

«Ermənilər artıq Ermənistanda yaşamaqdansa, digər ölkələrdə yaşamağı üstün tuturlar. Ölkədə işsizlik, aclıq, səfalət baş alıb gedir».


Bu barədə APA-nın Gürcüstan bürosuna Ermənistanda qaçqın statusu almış qaçqın ermənilər məlumat veriblər.


Son illər Sadaxlı bazarı bağlandıqdan sonra ermənilər Borçalının kəndlərində günəmuzd cüzi maaş və çörək pulu qazanmaq məqsədilə azərbaycanlı evlərində işləyirlər. Bu işlər sırasına ot biçini, mal-qaraya baxmaq, yer belləmək, taxıl kisələri daşımaq, ot tayaları yükləmək və digər gündəlik işlər daxildir. Hər gün Ermənistan sərhəd məntəqəsini yüzlərlə erməni keçərək, Borçalıda yaşayan soydaşlarımızın qapılarında iş axtarırlar. Gürcüstanla sərhədə yaxın olan Qasımlı, Sadaxlı, Mameyi, Dəmyə Gorarxı, Axlılələ və digər kəndlərdə hər günü 3 laridən ucuz erməni işçi qüvvəsi tapmaq olar.


Qırx yaşına çatmış Aşot adlı erməni APA-ya bildirib ki, vaxtilə Azərbaycanda doğulan, indi isə Ermənistanda qaçqınlıq statusu almış ermənilərə ikinci sort insan kimi baxır, hətta onlara ailə qurmaq üçün qız da vermirlər. Noyemberyan rayonunun azərbaycanlılar yaşayan Körpülü, Ləmbəli, Aşağı Körpülü (indi bu kəndlərin adları dəyişdirilib - red.) kəndlərində məskunlaşan ermənilər gündəlik ruzilərini Borçalı kəndlərindən çıxarırlar.


Qeyd edək ki, Marneuli və Tiflis bazarlarında meyvə alveri ilə məşğul olan ermənilər də var. Lakin onların dediyinə görə, Gürcüstan gömrüyundə rüsum yüksək olduğundan, meyvə alveri gəlir gətirmir. Marneuli rayonunun erməni kəndləri olan Şaumyan və Qırmızıkənd kəndlərində yaşayan yerli ermənilər isə gömrüklə birtəhər dil tapıb Ermənistana meyvə daşıyırlar.


Sadaxlı kəndinin icra nümayəndəsi Əflatun Vəliyev APA-ya bildirib ki, son illər Sadaxlı gömrük məntəqəsini yüzlərlə Ermənistan vətəndaşları keçir: “Onların bir qismi Borçalı kəndlərində iş axtarır, bir qismi isə xaricə gedir. Əvvəllər bu ermənilər Sadaxlı bazarı ilə dolanırdılar. İndi isə onların dolanacaq yeri yoxdur. Əlac o qalıb ki, xaricə üz tutsunlar, bir də ki, bizim qapılarda işləsinlər».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846

Oxşar yazılar