Metyu Brayza yeni qərarların qəbul edilməməsindən məyus olub
18 iyul 2009 14:30 (UTC +04:00)

Metyu Brayza yeni qərarların qəbul edilməməsindən məyus olub

“Danışıqlar dərin, konkret və ciddi oldu. Mən əlbəttə ki, yeni qərarların qəbul edilməməsindən məyusam, lakin digər tərəfdən, biz elə mərhələyə çatmışıq ki, çox ciddi və kifayət qədər mürəkkəb məsələlərin müzakirəsi başlayıb”.

Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də Moskvada keçirilmiş görüşündən sonra deyib.

M. Brayza bildirib ki, prezidentlər ilk dəfə olaraq mürəkkəb məsələləri bu qədər açıq müzakirə edib, fikir mübadiləsi aparıblar: “Lakin deyə bilmərəm ki, hər şey yaxşıdır və onlar konsensusa gəliblər, yox. Bununla belə, proses davam edir və çox ciddi mərhələdədir”.

Separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar prosesində iştirakının mümkünlüyü məsələsinə toxunan M. Brayza vasitəçilərin belə rəylərdən xəbərdar olduğunu söyləyib: “Təbii ki, danışıqlarda Dağlıq Qarabağın da nəzər nöqtəsi diqqətdən kənarda saxlanmır. Qarabağdakı dostlarımızın narahatlığı bizim diqqətimizdədir. Bunsuz razılaşma mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar