BQXK-in nümayəndələri Azərbaycandakı erməni hərbçilərə baş çəkiblər
17 iyul 2009 21:30 (UTC +04:00)

BQXK-in nümayəndələri Azərbaycandakı erməni hərbçilərə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələri iyulun 15-də Azərbaycanda əsirlikdə olan Ermənistan ordusunun əsgərləri Ohan Harutunyan və Gevorq Tomasyana baş çəkiblər.

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, əsirlərin saxlanma şəraitinin monitorinqi keçirilib, onlarla təkbətək söhbət aparılıb. Lakin onlar tərəfindən ailələrinə məktub yazılmayıb. Bu, BQXK tərəfindən erməni əsirlərinə ikinci başçəkmədir.

Qeyd edək ki, Ermənistan Ordusunun əsgərləri – 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomasyan Gevorq Serjikoviç mayın 31-də saat 13:00 radələrində Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində Azərbaycan tərəfə keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar