“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri kompromisə hazır deyil”
17 iyul 2009 18:00 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri kompromisə hazır deyil”

Bunun rusiyalı politoloq deyir

“Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Moskvada keçiriləcək görüşü sözsüz ki, mühüm xarakter daşıyır. Bununla belə əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Bakı və İrəvandadır və bu açarı dünyanın başqa dövlətlərinin paytaxtlarında axtarmaq lazım deyil”.


Bu eksklüziv açıqlamanı APA-nn Moskvadakı müxbirinə MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin verib: “Əgər biz münaqişənin yalnız sülh yolu ilə həllini qəbul ediriksə, belə bir sülhə nail olunması üçün hər iki tərəf ciddi güzəştlərə getməyə məcbur olduğunu anlamalıdır. Sözsüz ki, bu kimi kompromislər hər iki dövlətin ictimaiyyəti tərəfindən sevinclə qarşılanmayacaq. Belə fikirlər səslənəcək ki, kompromisə getməklə məğlub olmuşuq. Lakin bunsuz sülhə nail olmaq mümkün deyil. Əgər münaqişənin yalnız öz maraqlarını güdərək və heç bir kompromisə getmədən həllinə çalışırlarsa, o zaman heç nə alınmayacaq”.


Politoloq hesab edir ki, bu kimi qeyri-populyar qərarların qəbulu üçün Azərbaycan və Ermənistan liderləri siyasi iradə nümayiş etdirməlidir: “Liderlərin bir ildə altı dəfə görüşməsi göstərir ki, bu kimi liderlik potensialı var və onlar ölkələri üçün qeyri-populyar olsa da, həyati əhəmiyyətli qərarlar qəbul etməyə hazırdırlar. Moskva görüşü dinc nizamlanma prosesində növbəti addım olacaq və heç bir yekun sənəd imzalanmayacaq”.


Vladimir Jarixinin fikrincə, əgər tərəflər ilkin olaraq status məsələsinin həllini istəyirlərsə, bu, onların kompromisə hazır olmadığını göstərir: “Almaniyanın xarici işlər naziri Ştaynmayer Abxaziya münaqişəsinin həllinə dair “Yol xəritəsi”ni təqdim etmişdi. 11 maddəlik həll planında status məsələsinin həlli 11-ci yerdə dururdu. Nə qədər ki, tərəflər status məsələsinin həllinin sülh prosesinin sonu olacağını anlamırlar, fikir ayrılığı heç zaman aradan qalxmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar