Millət vəkili Çin mallarını boykot etməyə çağırdı
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası Çinin Sincan–Uyğur muxtar vilayətinin paytaxtı Urumçidə baş verən qanlı hadisələr və etnik-milli qarşıdurma zəminində uyğur türklərinin qətlə yetirilməsi ilə bağlı bəyanat verib.
Bu barədə Lent.az-a VHP mətbuat xidmətindən bildirilib. Bəyanatda uyğur bölgəsinin 1940-cı ildən etibarən Çin Xalq Respublikasına (ÇXR) ilhaqından sonra türklərə qarşı etnik-milli ayrı-seçkilik siyasəti aparıldığı göstərilib. Sənəddə qeyd olunub ki, uyğurların hüquqları uğrunda mübarizə aparan insanlara qarşı Çin hakimiyyətinin repressiya üsullarından istifadə etməsi, uyğurların qədim tarixi torpaqlarından sıxışdırılması, onların dil, mədəniyyət, təhsil haqlarının tanınmaması nəticə etibarilə iyulun 5-də baş verən hadisələrə gətirib çıxarıb.
“Çin rəhbərliyinin apardığı bu etnik təcavüz siyasətinə qarşı insan haqlarını müdafiə edən beynəlxalq təşkilatlar heç bir addım atmır, BMT çərçivəsində Çinə qarşı təzyiq formalarından istifadə edilmir”, - deyə bəyanatda bildirilib.
APA-nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə Azərbaycan xalqını Çin mallarını boykot etməyə çağırıb.
Qüdrət Həsənquliyev deyib ki, Çin hökumətinin uyğur türklərinə qarşı həyata keçirdiyi assimilyasiya və repressiya siyasəti heç bir halda diqqətdən kənarda qalmamalı, hər bir vətəndaş öz imkanı və bacarığı çərçivəsində uyğur xalqının haqqı işinə dəstək verməlidir: “Təəssüf ki, dünya birliyi Çinin qarşısında acizlik nümayiş etdirərək, eyni zamanda ikili standartlardan çıxış edərək uyğur türklərinə qarşı həyata keçirilən qanlı aksiyalara lazımi diqqət yetirmir. Beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ Tibetdə baş verənlərə göstərdiyi reaksiyanı nədənsə uyğur türklərinə qarşı həyata keçirilən zorakılığa və qətllərə münasibətdə göstərmir”.

1113