“Ermənilər bu jesti başa düşməsələr, başqa üsullara əl atılacaq”
Bunu Polad Bülbüloğlu deyir
“Ermənilər uzadılan əli qəbul etməsələr, bu jesti başa düşməsələr, başqa üsullara əl atmaq lazım gələcək. Biz buna da hazırıq. Münaqişənin ancaq sülh yolu ilə həlli üçün hər şey etməliyik”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dağlıq Qarabağ və Ermənistana səfərləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, münaqişə sülh yolu ilə həll olunmasa, əlinə silah alıb Qarabağda ölməyə də hazırdır: “Mən inanıram ki, bütün xalq buna hazırdır. Bu məsələ mütləq həll olunmalıdır, ya sülh, ya da hərb yolu ilə. Bizim missiyanın səfəri siyasi xarakter daşımır. Dağlıq Qarabağda yaşayan insanlar da Azərbaycan vətəndaşıdırlar. Onların dərdini bölüşmək lazımdır ki, sabah onlarla bir yerdə necə yaşayacağımızı bilək. Mən orda demişəm, bir daha təkrar edirəm ki, azərbaycanlılarla ermənilər əvvəl-axır bir yerdə yaşayacaqlar. Biz çalışmalıyıq ki, münaqişə sülhlə başa çatsın və cəmiyyət buna hazır olsun”.
Polad Bülbüloğlu qeyd edib ki, səfərin daha geniş formatda olmasını istəsələr də, texniki problemlərə görə bu, mümkün olmayıb.
Səfir Dağlıq Qarabağa növbəti səfərin də ola biləcəyini, amma bunun detallarının hələ hazırlanmadığını söyləyib: “Bu, reaksiyadan da asılıdır. Birinci görüş bomba kimi partladı, böyük rezonans verdi. İkinci görüşə münasibət o qədər yaxşı olmasa da, əvvəlkinə nisbətən sakit qəbil olundu. Bəlkə üçüncü görüş daha sakit keçəcək. Çünki problemin həlli üçün bütün istiqamətlərdən, o cümlədən xalq diplomatiyasından istifadə olunmalıdır”.

706