“Azərbaycan bu “status-kvo” ilə heç vaxt razılaşmayacaq”
Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib
“Dağlıq Qarabağ problemi çox vacib və çətin məsələdir. Erməni həmkarımla mütəmadi olaraq görüşlər keçirib, müzakirələr aparırıq. Nizamlanmanın detallarını müzakirə edib, prezidentlərin görüşünü hazırlayırıq. Praqa prosesi başlanandan keçən beş il ərzində çox nailiyyət əldə etməmişik. Mövqelərin yaxınlaşmasında hələ ki, çətinliklər var. Amma əsas odur ki, danışıqlar irəliyə gedir”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycan qlobal siyasətdə: Xarici siyasətin formalaşması” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib: “Çox istərdim deyəm ki, bu danışıqlar heç olmasa, orta sürətlə gedir. Amma etiraf etməliyəm ki, çox ləng gedir”.
Nazir deyib ki, Azərbaycan danışıqları davam etdirmək niyyətindədir: “Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ermənistan Silahlı Qüvvələri işğal etdiyi ərazilərdən çıxmalı, torpaqlar azad olunmalı, məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır. Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı “status-kvo”su qeyri-kafidir, bunu Ermənistan özü də başa düşür. Azərbaycan bu “status-kvo” ilə heç vaxt razılaşmayacaq”.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07