Suriya prezidentinin Azərbaycana rəsmi səfəri başladı
08 iyul 2009 20:00 (UTC +04:00)

Suriya prezidentinin Azərbaycana rəsmi səfəri başladı

Suriya Ərəb Respublikasının prezidenti Bəşşar əl-Əsəd iyulun 8-də Azərbaycana rəsmi səfərə gəlib.

Azərbaycan prezidentinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Suriya dövlət başçısını və xanımını baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Suriya prezidenti ikigünlük səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar