Azərbaycan və ABŞ arasında hərbi məsləhətləşmələr keçiriləcək
08 iyul 2009 11:30 (UTC +04:00)

Azərbaycan və ABŞ arasında hərbi məsləhətləşmələr keçiriləcək

Azərbaycan və ABŞ arasında növbəti hərbi məsləhətləşmələr iyulun sonlarında Vaşinqtonda keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev bildirib.

Məsləhətləşmələrdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, iki ölkə arasında sonuncu hərbi məsləhətləşmələr Bakıda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar