Ruslar Ərdoğanın “one minute” çıxışını alqışlayıblar
07 iyul 2009 16:00 (UTC +04:00)

Ruslar Ərdoğanın “one minute” çıxışını alqışlayıblar

Türkiyədə səfərdə olan bütün Rusiyanın patriarxı Kirill baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Lent.az-ın məlumatına görə, görüşdə Ərdoğanın Davos zirvəsindəki çıxışı və məşhur “one minute” sözləri barədə müzakirə aparılıb. Krill baş nazirin bu çıxışını təqdir etdiyini və rusların onu ayaq üstə alqışladığını söyləyib. Din xadimi deyib ki, Rusiya Türkiyədəki dini tolerantlıqdan razıdır. O, Türkiyəyə gedən rus turistlərin ibadət etmələri üçün şərait yaradılmasını istəyib.


Baş nazir öz növbəsində iki ölkənin əlaqələrinin tarixindən danışıb, son vaxtlar Türkiyə və Rusiya vətəndaşları arasında nikahların xeyli artığını diqqətə çatdırıb. Ərdoğan rus turistlərin ibadəti üçün hər cür şərait yaradılacağını da əlavə edib. O, Türkiyədə 21 şəhərdə 315 kilsə olduğunu bildirib.
# 813

Oxşar yazılar