Aleksandrs Pavlovics: “Məni Xəzər Hərbi Dənizçilik Məktəbi zabit edib” - MÜSAHİBƏ
Latviya Hərbi Dəniz Qüvvələrinin komandanı: “Azərbaycan Hərbi Dəniz Qüvvələri istənilən təhlükəni dəf etməyə hazırdır”
Latviya Hərbi Dəniz Qüvvələrinin komandanı, I dərəcəli kapitan Aleksandrs Pavlovicsin APA-ya müsahibəsi
Dosye: Aleksandrs Pavlovics 1967-ci ildə Latviyada anadan olub. Atası hərbçi olduğundan xidməti ilə əlaqədar Azərbaycana köçüb. A. Pavlovics 1974-1984-cü ildə Azərbaycanın Hacıqabul (keçmiş Qazıməmməd) rayonundakı 15 saylı orta məktəbdə oxuyub. 1984-1989-cu illərdə Bakıda Xəzər Ali Hərbi Dənizçilik Məktəbində, 1998-ci ildə isə ABŞ-da Hərbi-Dəniz Kolleclərində təhsil alıb.
- Cənab komandan, Latviya və Azərbaycan dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Latviya bir NATO dövləti olaraq Azərbaycanla çox gözəl əlaqələrə malikdir. Bu əlaqələr hələ sovetlər dövründə yaranıb. Ölkələrimiz bu gün NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı (PfP) çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Bu çərçivədə hərbi dənizçilərimiz ildə 2-3 dəfə birgə təlimlərdə, konfrans və seminarlarda görüşürlər. Bizim zabitlər təlimlərdə müşahidəçi qismində iştirak edirlər. Ümumiyyətlə, hərbi donanmalar arasında əməkdaşlıq mövcuddur və bunun genişləndirilməsi üçün də imkanlar var.
- Bir neçə il əvvəl Azərbaycanın müdafiə naziri Latviyada olarkən, HDQ-nin Axtarış Xilasetmə Mərkəzinə səfər etdi. O zaman Azərbaycanın hərbi dalğıclarının bu mərkəzdə təlimləri müzakirə olunmuşdu. Hazırda bu mərkəzdə Azərbaycan dənizçiləri təhsil alırmı?
- Mən o səfərin təfərrüatlarını bilmirəm. Ola bilsin ki, bu barədə müdafiə nazirləri səviyyəsində müzakirələr olub. Bildiyim qədər Azərbaycanın hərbi dalğıclar Latviyada təlim keçirlər. Ola bilsin ki, gələcəkdə belə əməkdaşlıqlar olacaq. Bizdə hərbi akademiya var, amma tədris latış dilində aparılır. Dalğıc məktəbimizdə isə tədris ingilis dilindədir. Bu məktəb NATO standartlarına cavab verir. Mən təhsil sahəsində qarşılıqlı əməkdaşlığın inkişafını çox istərdim.
- Latviya Hərbi Dəniz Qüvvələri hansı dövrünü yaşayır? Perspektiv planlarınız nədən ibarətdir?
- Latviya hərbi donanması 1991-ci ildə, sıfırdan formalaşmağa başladı. Donanmamızın tarixi üzərinə pulemyot quraşdırılmış bir balıqçı gəmisində Hərbi Dəniz Qüvvələrinin bayrağının qaldırılmasından başlanır. Ötən dövrdə qərb dövlətlərindən, o cümlədən Almaniya və Norveçdən gəmilər və lazımi avadanlıqlar alınıb. Bu gəmilər bizə Baltik regionu ilə əməkdaşlıq çərçivəsində pulsuz verilib. Bu gün dənizçilərimiz NATO-nun Atlantik okeanında və Aralıq dənizində keçirdiyi təlimlərdə iştirak edirlər. Ötən ildən gəmi tikintisi proqramı üzərində işləyirik. Bu ilin noyabrında 5 hərbi gəminin tikintisinə başlanılacaq. Bu, modul layihədir və baza variantından istifadə olunacaq. Həmin gəmilər mina axtarma, patrul, həmçinin sualtı xilasetmə funksiyasına malik olacaq. Gəmilərin layihəsi elədir ki, lazım gəldikdə 2 saat ərzində onun avadanlığı dəyişdirilməklə funksiyası da dəyişdiriləcək. Ekipajı 3 nəfərdən ibarət olacaq bu gəmilərdə bütün sistem avtomatika üzərində qurulacaq. Bununla da 5 gəmi 25-30 gəmini əvəz edəcək. Gəmilərdə lazım olduqda əlavə 8-12 nəfər də yerləşdirilə biləcək.
- Bu gəmilər harada inşa olunacaq?
- Gəmilərin təməli cari ilin noyabr ayında Almaniyada qoyulacaq. İnşaat 3+2 formulu üzrə aparılacaq. Başqa sözlə desək, əsas sənaye işləri Latviyada həyata keçiriləcək.
- Səhv etmiriksə, Latviyada sahil mühafizə xidməti də Hərbi Dəniz Qüvvələrinə tabedir.
- Latviyada sahil mühafizəsi donanmanın tərkibindədir. Yəni, bizim donanma hərbi gəmi və sahil mühafizəsindən ibarətdir. Sahil mühafizəsinin əsas vəzifəsi xilasetmə işləri, dənizə axan neftin yığılması, balıqçılığa nəzarət və mümkün fövqəladə hallarda xilasetmə əməliyyatları həyata keçirməkdir. Sərhədçilər isə Daxili İşlər Nazirliyinə tabedir və onların vəzifələri limanlara nəzarət etməkdir. Bizdə paralel olaraq hərbi gəmilər sahil mühafizəsinin bütün funksiyalarını yerinə yetirə bilir. Yəni, hərbi gəmi dənizə çıxaraq balıqçılığın gedişinə nəzarət edə bilər. Digər bir məsələni də qeyd edim ki, Latviyada fövqəladə hallarla bağlı Böhran Mərkəzi mövcuddur. Sahil mühafizə departamentinə hər hansı informasiya daxil olduqda, bu xidmətin rəisi polis, gömrük səhiyyə nazirliklərdən nümayəndələri çağırır və böhran vəziyyəti müzakirə olunaraq müvafiq tədbirlər görülür.
- NATO-ya üzv dövlətin Dəniz Qüvvələrinin komandanı olaraq fikrinizi bilmək istərdik: hazırda dəniz təhlükəsizliyi deyəndə, daha çox hansı problemlər nəzərdə tutulur?
- Müasir dövrdə dəniz təhlükəsizliyi deyəndə, buraya ilk növbədə limanların təhlükəsizliyi, narkotiklər, silah qaçaqmalçılığı, qanunsuz miqrasiya, dəniz quldurluğu ilə mübarizə və s. daxildir. Bu problemlərin aradan qaldırılması üçün bir çox işlər görülməli, qüvvələrin koordinasiyası təmin olunmalıdır. Digər məsələ isə texnikanı, strategiyanı və taktikanı hazırlamaqdır. Bu gün NATO Somali sahillərində əməliyyat keçirir, bu əməliyyatlarda əlaqələndirilmiş şəkildə müxtəlif ölkələrin gəmiləri iştirak edir. Dəniz təhlükəsizliyi problemi çox mürəkkəb və genişdir. Bu məsələnin həlli üçün bütün istiqamətlərdə əlaqəli işləmək lazımdır.
- Bakı Xəzər Ali Hərbi Dənizçilik Məktəbinin keçmiş məzunu olaraq tələbə yoldaşlarınızla görüşüb əlaqə saxlayırsınızmı?
- Həmişə demişəm ki, məni Xəzər Hərbi Dənizçilik Məktəbi zabit edib. Həmin illər həyatımın ən gözəl illəri olub və Bakıda oxuduğum dövr yaddaşımda ən gözəl xatirələrlə qalıb. Bu məktəb hər zaman yaxşı mütəxəssisləri və zabitləri ilə tanınıb. Mən Bakıda öyrəndiklərimdən indi də bəhrələnirəm. Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrində çoxlu dostum xidmət edir. Sadəcə, səfərimin müddəti çox qısa olduğundan köhnə əlaqələri bərpa etmək çətindir. Qeyd edim ki, sonralar ABŞ-da da təhsil aldım. Amerika təhsil sistemi də yaxşıdır. Nəticələr eyni olsa da, yanaşma fərqlidir, ənənələr başqadır. Sovet təhsil sistemi qərb sistemindən pis olmayıb. Hətta deyərdim ki, daha yaxşı olub. Çünki bizi geniş profilli mütəxəssis olaraq hazırlayıblar.
- Azərbaycan Hərbi Dəniz Qüvvələrində hazırda hansı prosesləri müşahidə edirsiniz?
- Azərbaycanın Hərbi Dəniz Qüvvələrində müsbətə doğru dəyişikliklər var. Zabitləri professionaldır. Azərbaycan donanması bütün parametrlər üzrə daim inkişaf edir. Təbii ki bu proses təkmilləşir və ardıcıldır. Təəssüf ki, dəniz əməliyyatlarını müşahidə etməmişəm və bunu görmədən qiymətləndirmək çətindir. Azərbaycan donanması barədə yaxşı təəssüratlarımı bölüşə bilərəm. Onu deyə bilərəm ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələri inkişaf edir və istənilən təhlükəni dəf etməyə hazırdır.

1565