Erməni əsirliyindəki 30 azərbaycanlının sağ olduğu güman edilir
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (DK) və onun İşçi qrupu 2009-cu ilin birinci yarım ili ərzindəki fəaliyyəti ilə bağlı hesabat yayıb.
Lent.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, aprelin 1-də DK sədri Eldar Mahmudov ölkəmizdə səfərdə olan Belçika Krallığının senatoru xanım Dominique Tilmansı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Komissiya sədri ölkəmizin 1988-ci ildən etibarən Ermənistan tərəfindən işğala məruz qaldığını, müharibə və insanlıq əleyhinə cinayətlərlə yanaşı ağır humanitar problemlə də üzləşdiyini diqqətə çatdırıb.
Hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə 15 görüş keçirilmiş, «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlər, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunmuş, görülmüş işlər nəzərdən keçirilmiş, o cümlədən il ərzində əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb.
Araşdırma zamanı 1 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkarlanmış və adı müvafiq siyahıya salınıb. 1 iyul 2009-cu il tarixə olan məlumata görə, 4211 nəfər itkin düşmüş, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi DK-da qeydiyyatdan keçir.
Araşdırmalar nəticəsində DK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 30 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 51 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib.
DK-da olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 232 nəfər barədə sorğular göndərilmişdir. Bu kateqoriyadan olan 450 nəfərin «şəxsi iş»i yaradılıb.
DK-da və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 112 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar), təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə edilib, həmçinin onlara aid «şəxsi iş»lərdə toplanıb.
İtkin düşmüş 17 vətəndaşın valideynləri tərəfindən Respublika Prezidentinə, «Heydər Əliyev fondu»na, DK sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılıb, qaldırılmış məsələlər araşdırılıb, görülmüş işlərlə əlaqədar Respublika Prezidenti İcra Aparatına, «Heydər Əliyev fondu»na, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilib.
İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 29 sorğu icra olunub.
DK-ya müraciət etmiş 87 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib, anket vərəqələri doldurulub.
Bundan başqa, 8 oktyabr 2008-ci il və 10 may 2009-cu il tarixlərində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri – Həsənov Rafiq Rəhman oğlu və Hacıyev Anar Xanbaba oğlunun da valideynləri DK İşçi qrupunda dəfələrlə qəbul olunub və övladlarının azad olunması istiqamətində aparılan tədbirlər barədə onlara ətraflı məlumat verilib.
Cari ilin yanvar ayının 19-dan 23-dək Fransanın Lion şəhərində, İnterpolun mənzil-qərargahında təşkil edilmiş «Soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə olan cinayətlərlə mübarizə üzrə» beynəlxalq seminarda və may ayının 18-dən 20-dək Norveç Krallığının Oslo şəhərində keçirilmiş «Soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər» mövzusunda ekspertlərin 4-cü Beynəlxalq konfransında DK İşçi qrupunun rəhbəri iştirak edib. Hər iki tədbirdə 20-yə yaxın ölkədən 60-dan çox nümayəndə təmsil olunub.
Aprel ayının 18-dən 25-dək İngiltərənin London şəhərində keçirilmiş beynəlxalq kitab festivalında DK üzvü Zərifə Salahova iştirak edib. Tədbir çərçivəsində Komissiya üzvü Britaniya Milli kitabxanasında, Britaniya Parlamentində və Oksford Universitetində görüşlər keçirmiş, Dövlət Komissiyası tərəfindən hazırlanmış kitabları və CD-ləri həmin qurumlara təqdim edib.
«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bu ilin mart ayında Bərdə şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təşkil edilmiş təlim kursunda Dövlət Komissiyası İşçi qrupunun rəhbəri iştirak edib.
Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən irəli sürülmüş «İtkin düşmüş şəxslər haqqında» model qanun layihəsinin müzakirəsi ilə bağlı «İtkin düşmüş şəxslər probleminin hüquqi tənzimlənməsi» mövzusunda 21 may 2009-cu il tarixdə təşkil edilmiş dəyirmi masada DK İşçi qrupu rəhbərinin müavini iştirak edib, Komissiyanın bu məsələ ilə bağlı rəsmi mövqeyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) aparatı tərəfindən 25-27 may 2009-cu il tarixdə təşkil edilmiş «Ekstremal şəraitdə uşaq hüquqlarının müdafiəsi və milli insan hüquqları İnstitutlarının rolu» mövzusunda Beynəlxalq Konfransda DK İşçi qrupu rəhbərinin müavini təmsil edib və «Ermənistanın Azərbaycana təcavüzünün qurbanı olmuş uşaqlar və qadınlar» adlı məruzə ilə çıxış edib.
AMEA İnsan hüquqları üzrə elmi-tədqiqat İnstitutu ilə birlikdə 23 aprel 2009-cu il tarixdə «Ermənilik: Mif və reallıq» mövzusunda elmi-praktik konfrans təşkil edilib.
Sineallians kinoşirkəti ilə birlikdə Ermənistanın Azərbaycana təcavüzü zamanı əsir götürülmüş və əsirlikdə qəhrəmanlıq nümunəsi göstərmiş Azərbaycan əsgərlərinin ümumiləşdirilmiş obrazını əks etdirən «Qarabağdır Azərbaycan» adlı bədii-sənədli film hazırlanıb və 26 fevral 2009-cu il tarixdə Azərbaycan kinoteatrında bu filmin təqdimat mərasimi keçirilib.
6 ay ərzində DK tərəfindən daha bir çox iş görülüb.

877