Sabiq nazir: “İrandakı hadisələr Azərbaycana ciddi təsir etməyəcək”
İranda cərəyan edən hadisələr Azərbaycan və qonşu ölkələrə ciddi təsir etməyəcək.
Bu barədə APA-nın ABŞ bürosuna açıqlamasında İran Şahı dövründə hökumətdə yüksək vəzifədə çalışmış Fariborz Çadar bildirib.
F. Çadar inqilabi əhval ruhiyyənin hansısa fövqəl qarşıdurmaya çevriləcəyinə inanmadığını deyib: “Hesab etmirəm ki, vəziyyət xoşagəlməz hadisələrə, hətta Azərbaycan və digər qonşu ölkələrə immiqrasiyaya səbəb olacağı qədər gərgindir. Bu, daxili konfliktdir və həllini tapacaq”
İran elitasında baş verən qarşıdurmanın hansı formada çözüləcəyi barədə suala sabiq nazirin cavabı belə olub: “Münaqişə tərəfləri bağlı qapılar arxasında görüşəcək və küçələrdə olan etirazlara baxmayaraq? kompromis tapacaqlar. Bu proses, sadəcə, İranın bir az artıq demokratikləşməsi, daha bazar yönümlü olması və Məclisə bir az artıq əlavə səlahiyyətlərin verilməsi ilə yekunlaşa bilər”.
Vaşinqtonda bəzi ekspertlərin İranın demokratikləşməsi, ABŞ-la yaxın münasibətlərin bərpasının qonşu ölkələrin əhəmiyyətini azaldacağı barədə düşüncələrinə gəldikdə, F. Çadar fikrincə, bunun baş verməsinə hələ çox var: “İlk olaraq İranda dəyişiklik doğurdan da baş versin, daha sonra demokratiyaya tərəf addımlar atılsın və bundan sonra ABŞ münasibətlər bərpa olunsun. Amma mən ona kimi artıq təqaüdə çıxacağam”.

646