İSESCO-dan “Xocaliya ədalət” beynəlxalq kampaniyasına dəstək
03 iyul 2009 14:00 (UTC +04:00)

İSESCO-dan “Xocaliya ədalət” beynəlxalq kampaniyasına dəstək

Tunisdə bu barədə saziş imzalandı

İyulun 2-də Tunusin paytaxtında ISESCO-nun Baş Assambleyasınin 10-cu sessiyası başlayıb. Lent.az-ın məlumatına görə, sessiyanın təntənəli açılış mərasimi zamanı quruma üzv ölkələrin nümayəndə heyətləri başçıları və bir sıra beynəlxalq təşkilat başçılarının iştirakı ilə ISESCO və İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) arasında Əməkdaşlıq Memorandumuna Əlavə Protokol imzalanıb. Protokol hər iki beynəlxalq qurum tərəfindən İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” beynəlxalq məlumat - təşviqat kampaniyasına dəstək verilməsini və kampaniya çərçivəsində dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Sözügedən sənəd ISESCO tarixində ilk dəfə olaraq bu qurumun humanitar faciə ilə bağlı hər hansı bir kampaniyaya dəstək verməsini nəzərdə tutur. Saziş ISESCO-nun baş direktoru Dr. Əbdüləziz Osman Əl-Tveycri və DƏ-İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı xanım Leyla Əliyevanın adından Forumun Baş Katibi Elşad İskəndərov tərəfindən imzalanıb.

Tədbirdə iştirak edən İKT Gənclər Forumunun Baş katibi Elşad İskəndərov imzalanan sənədi şərh edərkən bildirib: “Xocalıya Ədalət” kampaniyasının beynəlxalq formatı nəzərə alınaraq, sənəddə ISESCO və DƏ-İKGF tərəfindən İKT üzv ölkələri və Avropada həyata keçirilməsi vacib olan tədbirlər planı öz əksini tapıb. Tərəflər İKT ölkələrində ali məktəb dərsliklərinə Xocalı faciəsi haqqında məlumatların salınması ilə bağlı proqramların hazırlanması üzrə görüləcək konkret işləri razılaşdırıblar. Sənədə əsasən ISESCO atıq 2009-2010-cu illərdə müvafiq məlumatların İKT ölkələrində dərsliklərə daxil edilməsi üzrə öhdəliyi öz üzərinə götürüb. Beləliklə bu sənəd keçən il İKT Ali Təhsil və bu ilin mayında Xarici İşlər Nazirlərinin konfranslarında Forumun təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası ilə bağlı qəbul edilən siyasi qətnamələrin həyata keçirilməsi üçün bir “yol xəritəsi” rolunu oynayacaq”.

Qeyd edək ki “Xocalıya Ədalət” kampaniyası Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilib. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Bu ilin 26 fevral tarixində dünyanın 25 ölkəsində kampaniyaya uğurlu start verilib. Kampaniya çərçivəsində Forumunun təşəbbüsü ilə İKT Sammiti və Xarici İşlər Nazirləri Konfransı tərəfindən qəbul olunmuş qətnamələrdə Xocalı faciəsi beynəlxalq təşkilatlar tərəfindən ilk dəfə olaraq öz insanlıqa qarşı cinayət olan “kütləvi qirğın” kimi qiytləndirilib. Kampaniyanın beynəlxalq səviyyədə www.justiceforkhojaly.org saytından davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar