Ramil Usubov: “Azərbaycanda əmin-amanlıq yüksək səviyyədə qorunur”
02 iyul 2009 20:30 (UTC +04:00)

Ramil Usubov: “Azərbaycanda əmin-amanlıq yüksək səviyyədə qorunur”

Bu gün Azərbaycanda Polis günü qeyd olunur. APA-nın xəbərinə görə, bu münasibətlə daxili işlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin şəxsi heyəti ilə birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Ramil Usubov jurnalistlərə açıqlamasında Azərbaycanda əmin-amanlığın, sabitliyin, asayişin qorunması üçün polisin bütün qüvvələrinin səfərbər olunduğunu deyib: “Bu gün Azərbaycanda əmin-amanlıq yüksək səviyyədə qorunur. Bu yaxınlarda ölkə prezidentinin bizə verdiyi qiymət bizim üzərimizə böyük məsuliyyət qoyub. Hər birimiz çalışacağıq ki, ən yaxşı fəaliyyətimizlə prezidentin qayğısını doğrultmağa çalışaq”.

Nazir polisin peşə bayramı ilə bağlı bəzi tədbirlərin planlaşdırıldığını deyib: “Bu bayramın ümumxalq bayramı kimi qeyd olunacağına əminəm. Azərbaycan xalqı polislə birdir. Polis həmişə çalışıb ki, xalqına, millətinə sədaqətlə xidmət etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar