İran Azərbaycan səfirinə rəsmi şəkildə narazılıq bildirilməyib
“İran mətbuatında mənim bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq rəsmilərdən üzr istəməyim barədə yazılanlar həqiqətə uyğun deyil. Bu, İran mətbuatının növbəti uydurmasıdır”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov deyib.
Səfir bildirib ki, İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri ilə bağlı İran tərəfindən ona rəsmi şəkildə heç bir narazılıq bildirilməyib: “İran mətbuatında yazılanlar zərrə qədər də həqiqətə uyğun deyil. Azərbaycanın səfiri İranın Xarici İşlər Nazirliyinə dəvət edilməyib və ümumiyyətlə bu barədə hər hansı söhbət belə aparılmayıb”.
Diplomat xüsusən İranın “Səhər” kanalının Azərbaycana münasibətdə qərəzli mövqe tutduğunu qeyd edib: “İran mətbuatı bu məsələlərlə bağlı ümumiyyətlə mənim mövqeyimi öyrənməyib. Bundan başqa, İranın “Səhər” kanalının indiyə qədər Azərbaycanla bağlı həqiqəti söylədiyinin şahidi olmadım. Təkrar olaraq deyirəm ki, heç yerdə heç kimdən üzr istəməmişəm. Bunların hamısı uydurmadır”.
İsrail prezidentinin Azərbaycana səfərinə etiraz olaraq İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhraminin Bakını tərk etməsi haqda mətbuatda yer alan xəbərlərə də münasibət bildirən A. Həsənov bildirib ki, səfirin ölkəsinə gəlib-getməsi və hər hansı məsləhətləşmələr aparması adi qaydadır: “İranla Azərbaycan arasında əlaqələrdə heç bir problem yoxdur. Adi qaydada, həmişəki kimi münasibətlərimiz inkişaf edir. Bu hay-küyü yalnız mətbuatda eşidirik. Dövlətlərarası əlaqələrdə heç bir problem yoxdur”.
Qeyd edək ki, İran mətbuatı A. Həsənovun Azərbaycan mediasına açıqlamasında rəsmi Tehranın ünvanına söylədiyi kəskin fikirlərlə əlaqədar İranın Xarici İşlər Nazirliyinə çağırılaraq izahat tələb edildiyini yazıb. Yazıda o da bildirilir ki, guya səfir bu sözləri yalnız Azərbaycan mətbuatını qane etmək üçün dilə gətirdiyini, mətbuata dediyi sözlərin rəsmi xarakter daşımadığını bildirib və üzr istəyib.

795