İrandan Azərbaycana nota
İranın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim edib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.
Notada səfir Məhəmməd Bağır Bəhraminin Azərbaycanda olmadığı və onun kim tərəfindən əvəzləndiyi barədə məlumat öz əksini tapıb. E. Poluxov bunun diplomatiyada standart prosedur olduğunu deyib. O bildirib ki, səfirlər çalışdıqları ölkələri hər hansı səbəblə (məzuniyyət, ezamiyyət, şəxsi məsələlər) tərk edərkən fəaliyyət göstərdiyi ölkənin Xarici İşlər Nazirliyinə bu barədə məlumat verir.
Xatırladaq ki, İran hökumətinin İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz olaraq Azərbaycandakı səfirini müvəqqəti geri çağırdığı haqda xəbərlər yayılıb.

797