Politoloq: “Rusiya Qarabağ münaqişəsinin yenidən alovlanmasını istəmir”
“Azərbaycan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanatları xüsusi diqqətəlayiqdir.
Məlumdur ki, yaxın zamanlarda ATƏT-in Minsk Qrupunun Moskvada görüşünün keçirilməsi barədə razılaşma mövcuddur. Bu onu göstərir ki, Moskva danışıqlar prosesində vasitəçi və arbitr rolunu qoruyub və bu rolu oynamaqda davam edir. Bu isə Rusiyanın Qafqaz regionunda öz nüfuz dairəsini qoruyub saxlamaq baxımından müsbət haldır. Bu sülhməramlı vasitəçilik missiyasının əsas məqsədi Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin həlli deyil, konfliktin eskalasiyasına yol verməməkdir, hansı ki, bu ehtimal indiki dövrə nisbətən bir il əvvəl daha real idi”.
Bu eksklüziv açıqlamanı APA-nın Moskvadakı müxbirinə Milli Strategiya İnstitutunun prezidenti, politoloq Mixail Remizov verib.
Onun sözlərinə görə, iri dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe mühüm olsa da, həlledici rol oynamır: “Münaqişənin nizamlanmasında həlledici rolu sözsüz ki, konfliktə cəlb olunmuş tərəflər oynayırlar. ABŞ və Rusiya hansı mövqe tutsalar belə, bu mövqe birmənalı və nə xırda detallarına qədər oxşar ola bilməz. Çünki istənilən halda Ermənistan mövcuddur, yaxşı müdafiə xəttinə malik və öz mövqeyini dəyişməyən Dağlıq Qarabağ mövcuddur və həm də Azərbaycan mövcuddur. Hansı ki, nəinki öz mövqeyini dəyişir, həm də öz ərazi bütövlüyünün bərpasında israrlıdır”.
Mixail Remizovun fikrincə, ABŞ və Rusiya münaqişənin nizamlanması üçün tərəflərdən hər hansı birinə qarşı güclü təzyiq etməyə qadir deyil: “Onlar nəinki buna hazır deyillər, həm də buna qadir deyillər. Çünki bu məsələdə indi və gələcəkdə hər şey münaqişə tərəflərin bu və ya digər qərarı qəbul etmək bacarığından asılıdır”.
Ekspert Rusiya prezidentinin Bakı səfərində qarşıya qoyduğu məqsədə nail olduğunu düşünür: “Bu məqsəd Moskvanın qaz müharibələrində, Orta Asiyada qazla bağlı geosiyasətində məğlubiyyətlərini kompensasiya etməkdən ibarət idi. Bu baxımdan Azərbaycan çox mühüm həlqə rolunu oynayır, Moskva bu ölkənin köməyi ilə qaz geosiyasəti sahəsində itirdiyi mövqeləri, o cümlədən öz ərazilərində getdikcə azalan qaz hasilatı problemini kompensasiya etməyə çalışır. Bu baxımdan Azərbaycan qazının alışına dair əldə olunan razılaşma Kreml üçün çox sərfəlidir. Həm də o dərəcədə sərfəlidir ki, “Qazprom” bunun üçün satıcını maksimum qane edən qiymət təklif etməkdən belə çəkinməyib”.

936