Ermənilər Dmirti Medvedyevdən narazı qalıblar
Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanda verdiyi bəyanat Ermənistanda narazılıqla qarşılanıb
“Moskva Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hansı prinsiplər üzrə nizama salınması dəqiq göstərilib: beynəlxalq hüquq prinsipləri hamıya məlumdur, indiki halda beynəlxalq təşkilatların qərarlarını, təbii ki, ən nüfuzlu beynəlxalq təşkilatın - Birləşmiş Millətlər Təşkilatının qərarını əsas götürürük”.
APA-nın məlumatına bu sözləri Bakıda Rusiya prezidenti Dmitri Medvedyevlə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul etdiyini xatırladan dövlət başçısı digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in də müvafiq qərarlar qəbul etdiyini bildirib: “ATƏT-in Lissabon sammitinin qərarı da indiyədək qüvvədədir. Təbii ki, həmin münaqişə bu prinsiplər əsasında nizama salınmalıdır. Ərazi bütövlüyü prinsipi pozulmazdır. Xalqların öz müqəddəratını təyin etməsinə gəldikdə, bu, vahid Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində uğurla reallaşdırıla bilər”.
Prezident İ. Əliyev danışıqlar prosesinin yekun mərhələyə daxil olduğunu söyləyib: “Bu ay Sankt-Peterburqda keçirilmiş danışıqların növbəti mərhələsi kifayət qədər səmərəli olub. Biz irəliyə doğru daha bir neçə addım ata bilmişik. Əlbəttə, Azərbaycanda, yəqin ki, Ermənistanda və dünyada münaqişənin mümkün qədər tez nizama salınmasına dair böyük ümidlər var. Biz irəliyə doğru hərəkət edirik. Bu, nikbinlik təlqin edir, danışıqlar prosesini möhkəmlədir. Baxmayaraq ki, atəşkəs barədə qərarın qəbul edildiyi 1994-cü ildən bəri münaqişə nizama salınmayıb, bir neçə il əvvəllə müqayisədə, bu gün münaqişənin nizama salınmasına ümidlər daha çoxdur. Buna görə də hesab edirəm ki, münaqişəni bütün tərəflərin konstruktiv əməkdaşlığı, anlaşma üstünlükləri və maraqları ruhunda nizamlaya biləcəyik. Biz bunu istəyirik, buna can atırıq və öz tərəfimizdən buna nail olmaq üçün hər şeyi edirik”.
Rusiya prezidenti D. Medvedyev də bu cür problemlərin yalnız möhkəm beynəlxalq hüquqi baza əsasında nizama salına biləcəyi ilə tam razılaşmaq istədiyini bildirib: “Həmin baza məlumdur. Söhbət bir vaxtlar sivil adlandırılan xalqlar tərəfindən işlənib hazırlanmış beynəlxalq hüququn ümumi prinsiplərindən və təbii ki, əsas beynəlxalq təşkilatların və ilk növbədə, Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair qərarlarından və qətnamələrindən gedir. Mənim fikrimcə, ən başlıcası heç də o deyil ki, bu prinsiplər mövcuddur - onları heç kim inkar etmir, başlıcası odur ki, tərəflər bütün məsələləri məhz bu ruhda nəzərdən keçirməyə hazır olmalı və münaqişəni hansısa başqa şeylər düşünmədən həmin baza prinsipləri əsasında nizama salmalıdır. Bax elə bu, mənim fikrimcə, ümid verir ki, həmin mürəkkəb və kifayət qədər uzun sürən münaqişənin həll edilməsi şansı var. Sankt-Peterburqda keçirilmiş sonuncu görüş göstərdi ki, Azərbaycanı və Ermənistan müxtəlif məsələlər üzrə mövqelərdə mövcud olan fikir ayrılıqlarını tədricən aradan qaldırmağa və irəliləməyə hazırdır. Münaqişənin çox yaxın perspektivdə həll olunması üçün bütün imkanlar var və Rusiya digər dövlətlərlə birlikdə münaqişənin maksimum səmərəli şəkildə nizama salınmasına çalışacaq”.
Qeyd edək ki, D. Medvedyevin bu çıxışı Ermənistanda narahatlıqla qarşılanıb. Hətta bəzi mətbuat orqanları bu çıxışı D. Medvedyevin Ermənistanı təcavüzkar hesab etməsi kimi təqdim edib.

812