ATƏT sədri Azərbaycana səfəri öncəsi bəyanat yayıb
“ATƏT-in fəaliyyətdə olan sədri kimi, Azərbaycana səfərim üzv olduğumuz təşkilat üçün narahatlıq doğuran problemlərin, eyni zamanda böyük imkanların olduğu dönəmdə baş tutur”.
APA-nın məlumatına görə, bu sözləri sabah Bakıya ikigünlük səfərə gələcək Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Dora Bakoyanninin bəyanatındandır. ATƏT-in Bakı Ofisindən APA-ya daxil olan bəyanatda deyilir: «Uzun müddətdir, davam edən münaqişələr hələ də regiona öz kölgəsini salmaqdadır. Amma bu sahədə də biz irəliləyiş müşahidə edirik. Korfu görüşündən əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə Parisdə görüş keçiriblər. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan isə təkcə son bu il ərzində beş görüş keçiriblər.
Danışıqlar prosesi zamanı müşahidə olunan son irəliləyişlər və tərəflər arasında baş tutan konstruktiv müzakirələr məni ümidləndirir. Müzakirələrdə müsbət hərəkət mövcuddur. Bu da gələcək danışıqlar üçün çox əhəmiyyətlidir. Mən Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini və qarşılıqlı etimadın yaradılması istiqamətində şəxsi nümayəndəm, səfir Anjey Kaspşikin həyata keçirdiyi işi tam dəstəkləyirəm. Lakin münaqişə zonasında baş verən insidentlər narahatlıq doğurur və mən hər iki tərəfi atəşkəs sazişini tam yerinə yetirməyə, həmsədrlərin təklif etdiyi kimi, snayperləri təmas xəttindən geri çəkməyə çağırıram.
Mən, həmçinin, Azərbaycanın ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ilə dialoqunu və ATƏT-də daxil olmaqla, beynəlxalq ictimaiyyətlə dialoq qurmaq niyyətini müsbət qarşılayıram. Ümid edirəm ki, media üçün hüquqi mühitin yaxşılaşdırılması və QHT-lər haqqında qanunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində Azərbaycan və ATƏT bundan sonra da birgə işləyə biləcək.
Açıq dialoq, sağlam vətəndaş cəmiyyəti və azad mətbuat demokratik proseslər üçün çox önəmlidir və bunlar ATƏT-ə üzv dövlətlərin imzaladığı əsas öhdəlikləri təmsil edir. ATƏT və “Cəmiyyət dəstəkli polis” layihəsindən tutmuş seçki qanunvericiliyinə kimi Azərbaycanla müxtəlif sahələrdə əla əməkdaşlıq edən ATƏT-in Bakı Ofisi demokratik islahatları davam etdirmək üçün Azərbaycana kömək etməyə hazırdır. ATƏT, həmçinin, ötənilki prezident seçkilərində göstərilmiş irəliləyişə əsaslanaraq, bu ilin dekabrında keçiriləcək bələdiyyə və gələn il baş tutacaq parlament seçkilərində də Azərbaycana kömək etməyə hazır olduğunu bəyan edir.
Azərbaycan Cənubi Qafqazda və ATƏT-in bütün ərazisində, təhlükəsizlik və stabilliyin təşviqində önəmli rol oynayır. Korfudakı müzakirələrimizdən aydın olduğu kimi, “Bütöv, azad və sabit Avropa”nın qurulması istiqamətində irəliləyiş əldə etdik. Lakin görəcəyimiz işlər hələ çoxdur və yeni təhlükəsizlik problemləri bölünməz təhlükəsizliyə sadiqliyimizi sınaqdan keçirəcək. Korfuda başladığımız məhsuldar dialoqu Azərbaycana səfərim zamanı davam etdirəcəyimi səbirsizliklə gözləyirəm».

761