Azərbaycanda bütün qoşun növlərinin birgə təlimi keçirilib
Tədbiri Ali Baş Komandan İlham Əliyev izləyib
2009-cu il iyun ayının 15-dən 25-dək Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələri ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili. Birinci müdafiə həddində müdafiə əməliyyatının aparılması. Yenidən qruplaşmanın keçirilməsi, müasir artilleriya sistemləri və aviasiyanın tətbiqi ilə atəş hazırlığının aparılması, artilleriya atəşləri və aviasiya zərbələri ilə düşmənə böyük dərəcədə zərər yetirilməsi. Hücuma keçərək qarşı duran qruplaşmanın darmadağın edilməsi. Əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi, düşmən qruplaşmasının darmadağın edilməsinin başa çatdırılması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi” mövzusu üzrə irimiqyaslı Birgə Əməliyyat-Taktiki təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təlimə ümumilikdə 4000 nəfərdən çox şəxsi heyət, 99 tank, 55 ədəd zirehli döyüş maşını, 123 ədəd artilleriya sistemləri, 12 ədəd döyüş təyyarəsi, 12 ədəd döyüş vertolyotu və 5 ədəd nəqliyyat-döyüş vertolyotu cəlb edilib.
Təlim rəhbərliyi tərəfindən qarşıya aşağıdakı məqsədlər qoyulub:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin birləşmə, hissə və bölmələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və koordinasiyanın təmin edilməsi.
2._Birinci müdafiə həddində düşmən hücumunun dayandırılması, birləşmə və hissələrin uzlaşmış fəaliyyətinə nail olunması, qoşunların koordinasiyalı idarə edilməsi və informasiya mübadiləsinin saxlanması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi.
3._Geniş miqyaslı hücum əməliyyatının aparılması və ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi üzrə Müdafi Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin birgə fəaliyyətinin uzlaşdırılması.
24 iyun 2009-cu il tarixində, təlimin əsas mərhələsində birləşmə və hissələrin döyüş tətbiqi və silah sistemlərinin real atışları həyata keçirilmiş, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqə təşkil edilib. Mərhələnin gedişində artilleriya sistemlərinin döyüş atışının və aviasiya zərbələrinin praktiki idarə olunması, hava desantının tətbiqi, müxtəlif qoşun növlərinin hücum əməliyyatında döyüş fəaliyyətləri sualları işlənib.
Təlimin əsas mərhələsini Azərbaycan Respublikasının Prezidenti – Ali Baş Komandan İlham Əliyev izləyib.
Təlimə cəlb edilən birləşmə və hissələr tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail olunub.

1336