“Rəsul Quliyevin tapşırığı ilə sədr müavinliyindən uzaqlaşdırılmışam”
“Mən Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin tapşırığı və tövsiyəsi ilə sədr müavini vəzifəsindən uzaqlaşdırılmışam”.
Bunu APA-ya açıqlamasında ACP sədrinin keçmiş müavini Yaqub Abbasov deyib. Onun sözlərinə görə, sədr əvəzi Vaqif Mahmudovun onun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı sərəncamından sonra araşdırma aparıb və bu tapşırığın R. Quliyevdən gəldiyi ortaya çıxıb: “Bu sərəncamın verilməsi tapşırığı Rəsul Quliyevdən gəldiyi üçün mən buna hörmətlə yanaşıram. Amma hələ mənə heç nə aydın deyil ki, nəyə görə bu qərar verilib. Zamanı gələndə bu aydınlaşacaq. Görünür, belə məsləhətdir. Belə lazım bilirlərsə, qoy belə də olsun. ACP-nin siyasi kursunu və kadrlarını lider müəyyənləşdirir. Partiyada hər şey liderin razılığı olmadan heç nə həyata keçirilə bilməz”.
Y. Abbasov onu da qeyd edib ki, R. Quliyevin özünün partiyadan uzaqlaşdırılacağı ilə bağlı mətbuatda yayılan məlumatlar doğru deyil: “Orada Rəsul Quliyevi kənarlaşdırmaq gücündə olan qüvvə yoxdur. O cümlədən də Vaqif Mahmudov da belə bir gücdə deyil”.
Vəzifəsindən uzaqlaşdırılan digər müavin Fərəməz Cavadov da bu sərəncamı təbii qarşıladığını deyib: “Biz yenə də sıravi üzv kimi Rəsul Quliyevin siyasi kursunu dəstəkləyirik. Bunun da səbəbi odur ki, Rəsul Quliyev partiyada gəncləşmə olmasını, köhnə tiplərdən qurtarmaı çoxdan istəyirdi. Yeni təyin olunan müavinlərin də yaşı çox deyil”.
F. Cavadov R. Quliyev addımlarını bundan sonra da dəstəkləyəcəyini qeyd edib.

694