Türk nazir Nalbandyanla ayaqüstü, Araz Əzimovla oturaq söhbət elədi
27 iyun 2009 16:00 (UTC +04:00)

Türk nazir Nalbandyanla ayaqüstü, Araz Əzimovla oturaq söhbət elədi

Əhməd Davutoğlu: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına böyük önəm veririk”
Yunanıstanın Korfu adasında ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı və NATO-Rusiya Şurasının iclası keçirilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tədbirlərdə Türkiyəni xarici işlər naziri Əhməd Davutoğlu, Azərbaycanı nazir müavini Araz Əzimov, Yunanıstanı nazir Dora Bakoyanni, Ermənistanı nazir Edauard Nalbandyan və digər ölkələri müvafiq nazir və digər yüksək rütbəli vəzifəli şəxslər təmsil edib.
Toplantı çərçivəsində Türkiyə və Yunanıstan xarici işlər nazirləri arasında görüş keçirilib. Nazirlər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər. Yeri gəlmişkən, görüşü işıqlandıran yunan mətbuatı Yunanıstan diplomatlarına istinadən Bakoyanninin gələn ay Türkiyəyə rəsmi səfər edə biləcəyini yazıb.
Korfudakı tədbirlər çərçivəsində Davutoğlu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla və digər ölkələrin və təşkilatların nümayəndə heyətləri rəhbərləri ilə də görüşlər keçirib.
Davutoğlu Korfuda Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla da görüşüb. Lakin digər görüşlərdən fərqli olaraq türk nazir erməni həmkarı ilə ayaqüstü görüşüb. Davutoğlu mətbuata açıqlamasında Nalbandyanla geniş şəkildə görüşə bilməməsini vaxtın azlığı ilə izah edib. Bununla yanaşı o, “Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına böyük önəm veririk” – deyə, vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434

Oxşar yazılar