Azərbaycan vətəndaşlarına növbəti xəbərdarlıq
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dünyada tüğyan edən A(H1N1 - “donuz qripi”) virusu təhlükəsi ilə bağlı ölkə vətəndaşlarına növbəti dəfə xəbərdarlıq edib.
APA-nın məlumatına görə, XİN rəsmi saytında yerləşdirdiyi xəbərdarlığında Azərbaycan vətəndaşlarını Meksikadakı epidemiya təhlükəsindən xəbərdar edərək, son zərurət olmadıqda bu ölkəyə planlaşdırılan səfərlərini təxirə salmağa çağırır. Hazırda Meksikada daimi və müvəqqəti yaşayan, olan vətəndaşların öz təhlükəsizliklərinin təmin olunması üçün lazımi tədbirlər görmələri tövsiyə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının 22 iyun 2009-cu il üçün olan məlumatına görə A(H1N1) ölənlərin sayının 231, bu xəstəliyə yoluxanların sayının isə 52160 nəfər olmasına diqqət çəkən XİN bildirir ki, vətəndaşlar təcili ehtiyac olmadığı təqdirdə Meksikadakı xəstəxanalardan istifadə etməməli, mümkün qədər ailə həkimlərinə üz tutmalıdırlar. Bundan başqa, insanların kütləvi toplandığı yerlərdən (tamaşa zalları, ictimai yığıncaqlar və s.) uzaq durulmalı, təmizlik, gigiyena qaydalarına əməl edilməli, xəstəliyə həssas şəxslərlə (xüsusilə uşaqlar, yaşlılar) kontakt zamanı ehtiyatlı olmalı, qrip əlamətləri hiss edildikdə təcili həkimə müraciət olunmalıdır.
Xəbərdarlıqda qeyd olunur ki, son məlumatlara görə, Meksikadan başqa, ABŞ, Almaniya, Argentina, Avstriya, Avstraliya, Antil Adaları, Bermud Adaları, Baham adaları, Barbados, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Böyük Britaniya, Britaniya Virgin Adaları, Boliviya, Bolqarıstan, Belçika, Braziliya, Çin, Çili, Çex Respublikası, Danimarka, Dominikan Respublikası, Dominika, Ekvador, El Salvador, Estoniya, Fici, Finlandiya, Fransa, Fransa Polineziyası, Filippin, Hindistan, Honduras, İspaniya, İsveç, İsveçrə, İrlandiya, İslandiya, İsrail, İtaliya, Kayman Adaları, Kolumbiya, Kosta Rika, Kuba, Kipr, Kanada Koreya Respublikası, Kuba, Küveyt, Laos, Lüksemburq, Livan, Misir, Malayziya, Martinike, Macarıstan, Niderland, Norveç, Nikaraqua, Oman, Panama, Papua Yeni Qvineya, Paraqvay, Peru, Polşa, Portuqaliya, Qvatemala, Rumıniya, Rusiya, Samoa, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Şri Lanka, Tailand, Türkiyə, Trinidad və Tobaqo, Ukrayna, Uruqvay, Venesuela, Vyetnam, Yəmən, Yunanıstan, Yeni Zelandiya, Yamayka, Yaponiyada və Qərb sahili və Qəza zolağında da “donuz qripi” xəstəliyi aşkarlandığı təsdiqlənib. Bu ölkələrdə olan və səfər etməyə hazırlaşan vətəndaşlara ehtiyatlı olmaq məsləhət görülür.
Meksikada daimi və müvəqqəti yaşayan, olan Azərbaycan vətəndaşlarına yoluxma halları baş verdikdə, onlara daha asan yardım göstərilməsi üçün Azərbaycanın Meksikadakı, ABŞ-dakı səfirlikləri və Los-Anceles şəhərindəki Baş Konsulluğu ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
Qeyd edək ki, Azərbaycan XİN “donuz qripi” təhlükəsi ilə bağlı bundan əvvəl də bir neçə dəfə xəbərdarlıq yayıb.

830