Rəşad Xasayoğlu Azərbaycan Avropa Hərəkatının prezidenti oldu
Bu gün Beynəlxalq Avropa Hərəkatı Azərbaycan üzrə Hazırlıq Komitəsi ilə Azərbaycan Avropa Hərəkatının birgə toplantısı keçirilib. Bu barədə Lent.az-a Azərbaycan Avropa Hərəkatının mətbuat xidmətindən bildirilib. Toplantıda Avropa Hərəkatı Azərbaycan üzrə Hazırlıq Komitəsinin bundan sonrakı fəaliyyəti barədə qərar qəbul olunub. Belə ki, Hazırlıq Komitəsinin fəaliyyətini Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən Azərbaycan Avropa Hərəkatı İctimai Birliyi həyata keçirəcək.
Yığıncaqda Azərbaycan Avropa Hərəkatının rəhbər orqanlarına seçki də keçirilib. Hərəkatın təsisçisi və ilk prezidenti Həbib Quliyev öz postunu Avropa Hərəkatı Azərbaycan üzrə Hazırlıq Komitəsinin prezidenti Rəşad Xasayoğluna təhvil verib. Eyni zamanda Həbib Quliyev Azərbaycan Avropa Hərəkatının fəxri prezidenti seçilib. Həbib Quliyev yeni komandaya hər zaman dəstək verəcəyini də söyləyib.
Bundan sonra iclas yeni tərkibdə davam etdirilib. Yığıncaqda bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, bundan sonra Azərbaycan Avropa Hərəkatı adından danışan, bu adla fəaliyyət göstərən istənilən qurum Azərbaycan qanunvericiliyi ilə məsuliyyət daşıyır.
Hərəkat bu istəkdə olanlarla bağlı məhkəmə instansiyasına müraciət edəcək.
Pərvin ABBASOV

976