Qənirə Paşayeva Misir Əlyazmalar Arxivinin direktoru ilə görüşüb
Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, Abdunasir Hasan Mohammed ona Misir Əlyazmalar Arxivi haqqında məlumat verib.
O bildirib ki, Misir Əlyazmalar Arxivində saxlanılan qiymətli sənədlər arasında Azərbaycan tarixi və mədəniyyəti üçün önəmli sayıla biləcək məlumatları özündə əks etdirən çoxlu sənədlər də var. Qənirə Paşayevanın təşəbbüsünü müsbət qarşılayan Misir Əlyazmalar Arxivinin direktoru bu sahədə Azərbaycanla əməkdaşlığa hazır olduğunu da söyləyib. Millət vəkilinin dəvətini qəbul edən Abdunasir Hasan Mohammed Azərbaycanı görməkdən şad olacağını dilə gətirib.
Qənirə Paşayeva Abdunasir Hasan Mohammedə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini bu gün də işğal altında saxlamaqda davam etməsi, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı da daxil olmaqla ermənilərin müxtəlif dövrlərdə Azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bugünkü vəziyyət, Ermənistanın münaqişənin tənzimlənməsi istiqamətində, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması və bölgədə gərgin olan vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı məlumat verib. Misir Əlyazmalar Arxivi isə Misir xalqının bu münaqişədə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib.
Qənirə Paşayeva Misirin Abdunasir Hasan Mohammedə və Arxivə Azərbaycanla bağlı xatirə hədiyyəsi, Azərbaycan həqiqətlərini və mədəniyyətini özündə əks etdirən çoxlu sayda kitablar, sənədli filmlər, materiallar hədiyyə edib. Görüşdə Misirin müasir tarix üzrə mütəxəssis olan professor Mohammed Sabri Eldal da iştirak edib.
Millət vəkili Misirin İsgəndəriyyə şəhərində dünyanın ən qədim və nüfuzlu kitabxanası sayılan İsgəndəriyyə kitabxanasında olub və oraya Azərbaycanla bağlı, Azərbaycan tarixi və mədəniyyəti, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktlarını özündə əks etdirən kitablar, sənədli filmlər, videomateriallar təqdim edib. Hər gün minlərlə insanın İsgəndəriyyə kitabxanasından istifadə etdiyi vurğulayan kitabxana rəhbərliyi Azərbaycanla bağlı materiallarla dünya ictimaiyyətinə daha geniş tanış ola bilməsi istiqamətində Azərbaycan kitabxanaları ilə də əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

720