Kritik gün
Filip Krou: “Qətnaməyə müxalif olduğumuz açıqdır”
ABŞ-da 1915-ci il olayları ilə bağlı saxta erməni iddialarını dəstəkləyən qanun layihəsi ilə bağlı kritik gün gəlib çatıb.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının sədri, gələn ay vəzifə müddəti başa çatan Demokrat Partiyasının üzvü Nensi Pelosi saxta iddialarla bağlı 252 saylı qətnaməni müzakirəyə çıxarmaq istəyir.
ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krou bu haqda keçirdiyi mətbuat konfransında hökumətin buna qarşı olduğunu, müxalif mövqeyini açıq şəkildə ortaya qoyduğunu bildirib. Krou bu barədə Nümayəndələr Palatası ilə də danışıqlar apardıqlarını söyləyib.
Türkiyənin Vaşinqtondakı səfiri Namiq Tan da Nümayəndələr Palatasının bu gün saat 17:00-da toplanacağını bildirib və layihənin gündəliyə çıxarılmasının hələ də ehtimal daxilində olduğunu deyib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun bu məsələ ilə bağlı Türkiyənin narahatlıqlarını həmkarlarına da çatdırdıqlarını vurğulayan Namiq Tan qətnamənin qarşısının alınması istiqamətində işlərinin hər səviyyədə davam etdiyini söyləyib.
Amerikadakı türk təşkilatları da qətnamənin gündəliyə çıxarılmasına mane olmağa çalışır. Konqres üzvləri ilə görüşlər keçirən türk qurumları Türkiyə və türk dostlarının konqresmenləri iki ölkə arasındakı münasibətləri pozmamağa çağırmasını istəyir.

337