Elmar Məmmədyarov İƏT xarici işlər nazirləri Şurasının iclasında çıxış edib
22 dekabr 2010 16:26 (UTC +04:00)

Elmar Məmmədyarov İƏT xarici işlər nazirləri Şurasının iclasında çıxış edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) xarici işlər nazirləri Şurasının Türkiyənin İstanbul şəhərində keçirilən 19-cu iclasında çıxış edib.


APA-nın Türkiyə bürosunun xəbərinə görə, E. Məmmədyarov Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalı altında olmasının və işğal nəticəsində 1 milyon insanın yerindən-yurdundan didərgin düşməsinin EKO regionunda sülhə və əmin-amanlığa mane olduğunu vurğulayıb.


Nazir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sürətlə həll edilməsini istədiklərini bildirib və EKO üzvü olan ölkələrə Azərbaycanın bu mövqeyini dəstəklədiklərinə görə təşəkkür edib. O, EKO ölkələri arasındakı əməkdaşlığı gücləndirmək üçün infrastruktur layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyinə diqqəti cəlb edərək bu çərçivədə Bakı-Tiflis-Qars və Qəzvin-Rəşt-Astara demir yollarının tikintilərinin başa çatdırılması və müasirləşdirilməsinin zəruriliyini vurğulayıb. Azərbaycanın xarici işlər naziri Transavropa və Transasiya dəmir yolları şəbəkəsinin və yeni beynəlxalq dəniz limanları tikintilərinin də bölgədəki nəqliyyat dəhlizlərinin həcmini artıracağını və bunun da EKO üzvü olan ölkələr arasındakı əməkdaşlığın güclənməsinə xidmət edəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar