Diaspor təşkilatlarımızın sayı 370-ə çatıb
Bu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov söyləyib.
Bu dövrdə dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniya, İsveç, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və Gürcüstanda ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilmişdir. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində 370-dən çox diaspor təşkilatımız fəaliyyət göstərir.
Dövlət Komitəsinin sədri qeyd edib ki, 2011-cu ildə Azərbaycan diasporunu gərgin iş gözləyir və gələn il diasporumuzun həyatında çox mühüm hadisələr gözlənilir: “Bunlardan ən vacibi Dünya Azərbaycanlılarının Qurultayıdır. 2006-cı il martın 16-da keçirilmiş II Qurultayda qəbul olunmuş qərarlar diasporumuzun tarixində yeni mərhələnin əsasını qoyub. Tədbir azərbaycançılıq ideologiyasının ictimai statusundan, siyasi baxışlarından, əqidə və dünyagörüşündən asılı olmayaraq bütün azərbaycanlıları öz ətrafında birləşdirən ümummilli konsepsiya kimi böyük təsir gücünə malik olduğunu təsdiqləyib. Qurultay diasporumuzun həyatında ən vacib, ali hadisələrdən biridir. Çünki bu tədbir dünyada yaşayan azərbaycanlılarının növbəti 5 il üçün fəaliyyətinin əsas istiqamətlərini, strategiyasını, iş prinsiplərini və perspektivlərini müəyyən edir. Qarşıdakı Qurultaydan sonrakı növbəti 5 ilin Azərbaycan diasporunun daha da yüksəliş dövrünün olacağı gözlənilir”.
Nazim İbrahimov noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərin I Konqresindən də danışıb: “Bu toplantıda Azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması ideyası irəli sürüldü və Birliyin təşəbbüs qrupu yaradıldı. Güman edirəm ki, 2011-ci ildə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis konfransı keçiriləcək. Sizi əmin edirəm ki, Azərbaycan diasporunun gələcəyi həqiqətən də çox uğurlu və işıqlıdır. Mən Konqresə toplaşan gənclərin fikirlərindən, çıxışlarından, göstərdikləri entuziazmdan gəldiyim qənaətə əsasən söyləyə bilirəm ki, Azərbaycan gəncliyi həqiqətən də gələcəkdə ölkəmizin reallıqlarını dünyaya çatdırmaqda çox böyük işlər görəcək”.

566