“Türk dilində danışan ölkələrin media forumu” davam edir
Bu gün Ankarada “Türk dilində danışan ölkələrin media forumu” davam edib.
APA-nın xəbərinə görə, tədbir Türkiyə Nazirlər Kabinetinin Media və İnformasiya Baş İdarəsinin və Türkiyə XİN-in nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən media mənsublarından ibarət heyətlər təmsil olunur.
Bu gün forumda “Türk dünyasında media” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə Türkmənistan Televiziyasının baş direktor müavini Bayramkılıc Yazgilicov ölkəsində medianın hazırkı durumundan danışıb. Türkiyə Media Dərnəyi başqanı Salih Memecan medianın xalq və qeyri-hökumət təşkilatları ilə işbirliyinin yollarından danışıb. Quzey Kıbrısın xarici media birliyi başqanı Fevzi Tanpınar Şimali Kipr mediasının türk ölkələri mediası ilə əlaqələrindən danışıb, bu əlaqələrin artmasının vacibliyini vurğulayıb.
Türkiyənin “Star” qəzetinin yazarı Ergun Babahan Türkiyədə medianın vəziyyəti və problemlərindən danışıb. O bildirib ki, hazırda Türkiyədə yazılı media böhran keçirir, xəbər sahəsində on-line mediaya uduzub. Onun sözlərinə görə, hazırda Türkiyə mediasının dilinin bəsitləşməsi prosesi gedir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Azərbaycanda medianın hazırkı vəziyyətindən və problemlərindən danışıb. Ə. Amaşov Azərbaycan mediasının senzura mərhələsini arxada qoymasından, medianın hazırkı durumu barədə məlumat verib. Qanunvericilikdə media ilə bağlı edilmiş dəyişikliklərdən, yaradılan qurumlar barədə danışıb.
Qazaxıstanın Kanal 31 televiziyasının baş direktoru Nurcan Məhəmmədcanova isə ölkəsinin media mühitindəki vəziyyətindən danışıb.
Tədbirdə Azərbaycandan MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurası sədri Əflatun Amaşov, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Xəzər TV-nin icraçı direktoru Hüseyn Dinləməz, redaktoru Qulu Məhərrəmli, Qafqaz Media Mərkəzinin rəhbəri, jurnalist Sevil Nuriyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı, “Yeni Nəsil” JB-nin sədri Arif Əliyev, DJL-nin sədri Yadigar Məmmədli, Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova, Zaman-Azərbaycan qəzetinin baş redaktoru Süleyman Ünal, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal iştirak edirlər.

460