26 Bakı Komissarı ilə bağlı yeni faktlar aşkarlanıb
Yaqub Mahmudov: “Nəriman Nərimanovla bağlı çox qiymətli arxiv sənədləri tapmışıq”
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu 26 Bakı Komissarı ilə bağlı tarixi araşdırmalarını davam etdirir. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov APA-ya bildirib ki, bu araşdırmaların nəticəsi olaraq, sənədlərin ilk cildi artıq çap edilib: “Bu cilddəki sənədlər çox qiymətlidir. Şaumyanın “26”ların güllələnməsindən sonra 10 gün Krasnoyarskda Mikoyanla birlikdə qaldığı, quru yemək payı aldığı və s. - bütün bunların hamısı sübut olundu. Biz sübut etdik ki, o, Daşnak Partiyasının Bakı Komitəsinin rəhbəri olub. O, yalançı bolşevik olub. Əslində isə böyük Ermənistan yaratmaq istəyirdi”.
Y. Mahmudov deyib ki, sənəd toplusu üç cild olacaq. Toplunun 3-cü cildi xatirələrdən ibarətdir. Yaxın bir necə gün ərzində bu sənədlər toplusunun 3-cü cildi də işıq üzü görəcək. İnstitut direktoru bu xatirələrin də çox qiymətli olduğunu söyləyib: “Burada Şaumyanla birgə xalqımızı qıran bolşeviklər xatırlanır. Onlar özləri də bilmədən öz xatirələrində burada soyqırımı həyata keçirdiklərini təsdiqləyiblər”.
Y. Mahmudovun sözlərinə görə, Yelizavetol və İrəvan quberniyalarında azərbaycanlılara qarşı törədilən soyqırımına həsr edilmiş sənədlər də çap ediləcək. İnstitut direktoru deyib ki, hazırda Moskva və Sankt-Peterburqdan qiymətli arxiv sənədləri gətirilir və çap edilir. O, tariximizə bu sənədlər əsasında yenidən baxılacağını da söyləyib: “Xüsusilə Nəriman Nərimanovla bağlı çox qiymətli sənədlər tapmışıq. Onu təqdim edəndə xalqımız görəcək ki, Azərbaycana düşmən olan qüvvələr, xüsusilə hakimiyyətdə olan ermənilər bizim böyük dövlət xadiminin başına nə oyun açıblar”.

Oxşar yazılar

Moskvada "Şəhidlər ölməz, Vətən bölünməz" ŞÜARI - VİDEO
6 may 2025 , 10:07
Laçınlı zərərçəkmiş: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - MƏHKƏMƏ
5 may 2025 , 20:48
Kadırov övladları arasında varis seçir – İDDİA
5 may 2025 , 19:59
APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verdi - FOTOLENT
5 may 2025 , 19:38
Deputat Azər Badamovun Rusiyaya buraxılmamasının SƏBƏBİ
5 may 2025 , 19:17
Arıqlayıb və cavanlaşıb: 77 yaşlı Hillari Klinton hamını HEYRƏTLƏNDİRDİ
4 may 2025 , 16:02
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı: deport edilir
4 may 2025 , 13:30