Türkiyə jandarmları Bakıda olub
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlar Baş İdarəsindən APA-ya verilən məlumata görə, səfər dekabrın 21-dən 24-dək davam edib.
Türkiyə nümayəndə heyətinə Jandarma Baş Komandanlığının Əməliyyatlar idarəsinin rəisi, general-leytenant Hüseyn Güclü başçılıq edib. Nümayəndə heyətində Jandarma Komandanlığının müxtəlif strukturlarında yüksək vəzifələrdə çalışan general-mayor İbrahim Aydın, polkovniklər Hacı İlbaş və Hacı Ay təmsil olunub.
Səfər çərçivəsində Daxili Qoşunların təlim və tədris prosesi ilə maraqlanan türkiyəli zabitlər Daxili Qoşunların DİN-in mühüm strukturlarından biri kimi dinamik inkişaf etməsindən məmnun qaldıqlarını bəyan ediblər.
Qeyd edək ki, nümayəndə heyətində təmsil olunan zabitlərin hamısı vaxtı ilə Azərbaycanda Daxili Qoşunlar komandanının müşaviri vəzifəsində çalışıblar. Belə ki, H. Güclü 2000, H. Ay 2003, İ.Aydın 2006, H.İlbaş isə 2009-cu ildə Daxili Qoşunlar komandanının müşaviri olublar.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29