“Rusiya bu gün belə Ermənistanı silahlandırır”
“Çox təəssüf edirəm ki, münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürmüş həmsədr ölkələrdən biri olan Rusiya yenə də Ermənistanı silahlandırır”.
APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib. O bildirib ki, Rusiyanın Ermənistanı silahlandırması sülhyaratma missiyasına xələl gətirən amillərdəndir: “Biz dəfələrlə, hələ Boris Yeltsinin vaxtından demişik ki, bu məsələnin qarşısı alınmalıdır. Çox təəssüf edirəm, müəyyən komissiyalar da yaratdılar, ancaq bunun heç bir nəticəsi olmadı. Bu gün də sülhyaratma missiyasını həyata keçirməyə borclu olan dövlət Ermənistanı silahlandırır. Bu, açıq-aşkar görünən bir məsələdir. Biz bundan çox narahatıq. Ancaq onu da qeyd etməliyəm ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanın 10 dəfə artıq silahı var. Və Azərbaycan istənilən zaman öz ərazisini hərbi yolla azad etməyə hazırdır. Buna heç kimin şübhəsi olmasın”.
Ziyafət Əsgərov Ermənistan prezidenti Serj Sərkisyanın müharibəni udmaqla bağlı bəyanatına münasibət bildirərkən əlavə edib ki, Sərkisyan bunu özünü və xalqını sakitləşdirməkdən ötrü deyir: “Sərkisyan çox söz deyə və bununla da xalqına psixoterapevt dərs keçə bilər. Amma biz real işlə məşğuluq”.

734