“Artıq avropalılarla başqa dildə danışmalıyıq”
“Hansı azərbaycanlının inkişaf səviyyəsi avropalının səviyyəsindən aşağıdır?”
“Bu gün Azərbaycanda keçirilən istər prezident seçkiləri olsun, istər parlament seçkiləri - dünyanın çox ölkələri üçün nümunədir”.
APA-nın məlumatına görə, bu fikirləri Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. O seçkilər zamanı ATƏT-in müşahidə missiyasını məcburi köçkünlərlə əlaqədar qəbul etdiyini xatırladıb: “Mən onlara sözümü dedim. Dedim ki, siz avropalılar, qərblilər 30 il bundan qabaq Sovet dövləti, vətəndaşı haqqında nə düşünürdünüzsə, bu gün müstəqil dövlətlər, onların vətəndaşları haqqında onları düşünürsünüz. Axı nə üçün? Hansı azərbaycanlının inkişaf səviyyəsi avropalıdan geridir? Heç birinin! Yaxud, seçki bir müddətdir qurtarıb, oturub bir bəyanatı tərtib edə bilmirlər, bir-birilərini qırırlar, bir qərara gələ bilmirlər. Çünki yarısı deyir, gəlin belə yazaq, bizə belə deyilib. O biri yarısı da deyir göydə Allah var, axı gördüyümüzü yazmalıyıq. Mən axırda bir sual verdim. Soruşdum ki, seçkidən sonra burada gördüyünüzü yazacaqsınız, yoxsa bura gələndə sizə verilən tapşırığı? Onlar çox pis hala düşdülər, dedilər ki, onları təhqir edirəm. Dedim ki, mən sizi təhqir etmirəm, adi bir sual verirəm. Çünki bundan əvvəl missiya nümayəndələrindən biri mənə dedi ki, biz gördüyümüzü yaza bilmirik. Bugünkü fakt onu göstərir. Mənə elə gəlir ki, biz artıq avropalılarla başqa dildə danışmalıyıq”.

552