Müdafiə Nazirliyi ATƏT-in addımlarını diqqətlə izləyəcək
Dekabrın 17-si saat 21.30 radələrində Tərtərin Borsunlu yaşayış məntəqəsinə doğru Ermənistan silahlı qüvvələri tərəfindən qrad qurğusundan atılan reaktiv qəlpəli fuqas mərmisi ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə müraciət edərək hadisənin araşdırılması üçün səy göstərməsini ondan xahiş edib.
Bu barədə Lent.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi mərmi düşən əraziyə baxış keçirmək və yerli əhalinin fikirlərini öyrənmək üçün Gürcüstanın Tbilisi şəhərində yerləşən səhra köməkçilərindən birini oraya ezam edib. Səhra köməkçisi Antal Herdiç hadisənin bütün təfərrüatları ilə tanış olub. Mərminin həqiqətən erməni mövqelərindən atıldığı təkzib olunmaz faktlarla onun nəzərinə çatdırılıb.
Müdafiə Nazirliyi cəbhədə ciddi gərginliyə səbəb olmuş bu hadisədən sonra ATƏT rəsmilərinin hansı addımlar atacağını diqqətlə izləyəcək.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29