Məzahir Pənahov Belarusa gedir
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minsk şəhərində səfərdə olacaq. MSK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfərdə məqsəd 19 dekabrda Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.
Müşahidə missiyası Belarus Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti əsasında həyata keçiriləcək. Məzahir Pənahov Minsk şəhərində müşahidə missiyasını həyata keçirməklə yanaşı, həmin Belarusun MSK sədri və digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.
Məzahir Pənahovu səfər zamanı MSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək.
Qeyd edək ki, MSK-nın digər bir əməkdaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Qısamüddətli Müşahidə Missiyasının tərkibində Belarusda keçiriləcək prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirir.

514