ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri BAMF-da olub
Xanım B.Buchet BAMF sədri Umud Rəhimoğlu və qurumun departament rəhbərləri ilə görüşüb.
Bu barədə Lent.az-a BAMF-ın sədri U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, görüşdə onun və BAMF-ın proqramlar departamentinin rəhbəri Nik Novlisanın bu yaxınlarda ABŞ-a gerçəkləşən səfəri ilə bağlı müzakirələr olub. Eyni zamanda, Brigette Buchetə BAMF-ın fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verilib və bu istiqamətdə ətraflı müzakirə aparılıb.
Xanım B.Buchet U.Rəhimoğlunun və BAMF nümayəndəsinin ABŞ səfəri barədə məlumatlı olduğunu deyib. Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyi ilə gələcəkdə daha səmərəli və yaxından əməkdaşlığı barədə də müzakirə aparılıb.
Xatırladaq ki, BAMF ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının üzvüdür və qurumun dəstəyi ilə Azərbaycanda bir çox layihələr həyata keçirib. Hazırda BAMF ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramı çərçivəsində “Tərtər rayonunda mina qurbanları və müharibədən zərərçəkənlər üçün Regional Peşə Təlimi Mərkəzi yaradılması” layihəsini həyata keçirir.

620