Qənirə Paşayeva Misirdə çoxsaylı görüşlər keçirib - FOTO
Lent.az-ın məlumatına görə, görüşdə Misirin birinci xanımı Azərbaycanla münasibətlərin və əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Millət vəkili Qənirə Paşayeva isə Azərbaycan dövlətinin və rəhbərliyinin Misir dövləti ilə münasibətlərin və əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib. Suzan Mübarəkin rəhbərliyi altında keçirilən “İnsan Alverinə Son” beynəlxalq forumunun çox vacib və əhəmiyyətli olduğunu vurğulayan millət vəkili Azərbaycanın da bu məsələyə böyük önəm verdiyini və işlər gördüyünü söyləyib.
Forum çərçivəsində Bəhreyn Krallığının birinci xanımı, şahzadə Sabiqa bint İbrahim Əl Xəlifə, Polşanın keçmiş birinci xanımı, bir neçə Fondun rəhbəri olan Jolanta Kvasneskaya, Qadınların Beynəlxalq Sülh Hərəkatının üzvü xanım Thereze Gaztautla da görüşlər keçirilib. Millət vəkili bu görüşlərdə dünyanın tanınmış xanımlarına Azərbaycanla bağlı məlumatlar verib. Qənirə Paşayeva həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müxtəlif sahələrdə gördüyü işləri birinci xanımların diqqətinə çatdırıb.
Xatırladaq ki, Misirin Luksor şəhərində Misirin Birinci xanımı Suzan Mübarək ilə BMT-nin rəsmilərinin rəhbərlik etdiyi “İnsan alverinə qarşı Beynəlxalq Forum” artıq başa çatıb. Palermo Konvensiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq forumda dünyanın bir sıra nüfuzlu siyasi və ictimai xadimləri, məşhur sənətçilər qatılıb. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsidir.

545