AŞ PA-nın qış sessiyasının gündəliyi açıqlandı
14 dekabr 2010 11:45 (UTC +04:00)

AŞ PA-nın qış sessiyasının gündəliyi açıqlandı

APA-nın məlumatına görə, artıq sessiyanın gündəliyi açıqlanıb. AŞ PA-nın qış sessiyası 24-28 yanvarda Strasburqda keçiriləcək. Yanvarın 24-də AŞ PA Bürosu və Daimi Komitə Azərbaycanda parlament seçkilərində tərəqqini müzakirə edəcəklər. Azərbaycanda seçkiləri müşahidə etmiş AŞ PA missiyasının üzvü Tadeuş İvinski noyabrın 7-də apardıqları müşahidələrlə bağlı hesabatı təqdim edəcək.

İclasda həmçinin Moldovada keçirilmiş parlament seçkiləri ilə bağlı hesabat da dinləniləcək. Sessiya çərçivəsində jurnalistlər üçün informasiya mənbələri, Avropa Şurasında islahatların aparılması, “Şərq Tərəfdaşlığı” proqramı və onun Şərqi Avropada iqtisadi inkişafa təsiri, Kosovo məsələsi, Gürcüstanda demokratik institutların inkişafı, Bern Konvensiyasının yerinə yetirilməsi məsələləri də müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar