Heydər Əliyev Misirdə də anılıb
13 dekabr 2010 15:33 (UTC +04:00)

Heydər Əliyev Misirdə də anılıb

Qanatra şəhərindəki Azərbaycan-Misir Dostluq parkında yerləşən Heydər Əliyevin büstü ziyarət edilib.

Səfirlikdən Lent.az-a verilən məlumata görə, mərasimdə səfir Şahin Abdullayev mərhum eks-prezidentin həyatından, müasir Azərbaycanın inkişafında onun xidmətlərindən danışıb. Heydər Əliyevin öz həyatını Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etdiyini qeyd edən səfir eks-prezidentin irsinin Azərbaycan xalqının yaddaşında əbədi olaraq xoş xatirələrlə qalacağını vurğulayıb.

Mərasimdə Misirin Ayn-Şəms, Qahirə və Əl-Zəqaziq universitetlərinin professorları və Strateji araşdırmalar mərkəzlərinin tədqiqatçıları çıxış edərək dərin zəka, bilik, təcrübəyə malik bir dövlət xadimi kimi Heydər Əliyevin dünya əhəmiyyətli siyasətçi olduğunu, müstəqil Azərbaycanın prezidenti olduğu zaman onun ərəb-İslam dünyasının problemlərinə xüsusi diqqətlə yanaşdığını qeyd ediblər.

Mərasim çərçivəsində Heydər Əliyevin həyat və yaradıcılığına aid sənədli film nümayiş etdirilib. Tədbirdə Misirdə keçirilən konfransla əlaqədar bu ölkədə səfərdə olan millət vəkili Qənirə Paşayeva, Misirdə yaşayan və təhsil alan Azərbaycan icmasının nümayəndələri, Daxili İşlər Nazirliyinin zabit heyəti, yerli ictimai-siyasi və elm xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar