Demokratik Seçkilər Şurası Azərbaycandakı seçki ilə bağlı məlumatlandırılacaq
Bu barədə APA Venesiya Komissiyasının rəsmi saytına istinadən məlumat yayıb.
Dekabrın 16-da Demokratik Seçkilər Şurasının 35-ci görüşü keçiriləcək. İclas çərçivəsində Venesiya Komissiyasının Katibliyi həmçinin Moldovada parlament seçkiləri və Ermənistan qanunvericilik koduna dəyişikliklərlə bağlı rəy barədə Şuranı məlumatlandıracaq. İclasda həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Demokratik Seçkilər Şurası 2002-ci ildə yaradılıb. Şuranın tərkibinə Venesiya Komissiyası, AŞ PA və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri daxildir.
Venesiya Komissiyasının 85-ci plenar iclası dekabrın 17-18-də keçiriləcək.

600