Misirdəki səfirimiz 3 ərəb qəzetinə Heydər Əliyev haqda məqalə yazıb - FOTO
Məqalələrin müəllifi Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevdir.
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən Lent.az-a verilən məlumata görə, müəllif öz məqalələrində Heydər Əliyevin təhsili, gənclik illəri və Dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti barəsində ətraflı məlumat verir. Heydər Əliyevin Azərbaycan SSR Mərkəzi Komitənin Birinci Katibi və Sovet İttifaqı Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər kabinetinin Sədrinin müavini kimi mühüm vəzifələrdə çalışdığını qeyd edən müəllif Heydər Əliyevin 1987-ci ildə SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun siyasətinə etiraz olaraq, vəzifəsindən istefa verdiyini qeyd edir.
Məqalədə mərhum eks-prezidentin Azərbaycan SSR-ə rəhbərliyi dövründə ölkənin siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə mühüm inkişafa imza atdığını və SSRİ-nin ən inkişaf etmiş respublikalarından biri olduğu deyilir. Həmçinin Heydər Əliyevin SSRİ-nin siyasi rəhbərliyində mühüm vəzifə tutmuş yeganə müsəlman kimi ərəb-İslam dünyasının yaxın dostu hesab edildiyi, ərəb-İslam dünyasının üzləşdiyi problemlərin həllində yardımçı olduğunu vurğulanır.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdığını vurğulayan səfir belə bir çətin və gərgin zamanda hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğu bildirir.
Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti və bu təcavüzün dayandırılması və onun nəticələrinin aradan qaldırılması istiqamətində Heydər Əliyevin atdığı qətiyyətli addımlar xüsusilə qabardılır. Heydər Əliyevin Azərbaycanda mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, yeni neft strategiyasının əsasının qoyulduğu oxucuların diqqətinə çatdırılır.
Müəllif 2003-cü ildə Heydər Əliyevin vəfatı xəbərini Azərbaycanda dərin hüzn və kədərlə qarşıladığını qeyd edir. Yazısının sonunda Şahin Abdullayev Heydər Əliyevin irsinə sadiq qalaraq, Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu, ölkədə davam etdirilən siyasi, iqtisadi islahatlar və fəal xarici siyasətin Azərbaycanın regionda lider dövlətə çevirdiyini vurğulayır.

709