Gürcüstan parlamenti yeni səfirə “hə” dedi
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, qanunverici orqan bütün namizədləri təsdiqləyib.
Azərbaycana səfir vəzifəsinə təsdiqlənən Teymuraz Şaraşenidze APA-ya açıqlamasında böyük sevinc və qürur hissi ilə Azərbaycana gedəcəyini deyib: “Mən ilk dəfə Azərbaycan jurnalistinə açıqlama verirəm. Məni də ilk olaraq siz təbrik edirsiniz. Jurnalistlərlə çalışmağı çox sevirəm”.
O, öz tərcümeyi-halı haqqında da məlumat verib: “Tiflisdə anadan olmuşam. Tibb İnstitutunu bitirmişəm. Tibb elmləri namizədi alimlik dərəcəm var. Gürcüstan Nazirlər Sovetində şöbə müdiri vəzifəsində işləmişəm. SSRİ dağıldıqdan sonra 1995-ci ildən diplomatik xidmətdəyəm. Gürcüstanın Türkiyədəki səfirliyində katib, konsul, sonra İstanbulda Gürcüstanın ilk baş konsulu, Bolqarıstanda ölkəmin ilk səfiri olmuşam. Ailəliyəm. Üç oğlum və bir yaşında nəvəm var”.
Diplomat Azərbaycanda dostlarının çox olduğunu söyləyib: “Bakıda bir neçə dəfə olmuşam. Şəhəri çox bəyəndim. Bizim dostluğumuzun tarixi qədimdir. Ölkələrimiz əsrlər boyu yanaşı yaşayıb. Gücümüz yalnız dostluqdadır. Mən çox şadam ki, qardaş Azərbaycanla əməkdaşlığımız gündən-günə daha da genişlənir. Azərbaycan və Gürcüstan bir çox böyük layihə həyata keçirir. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Çox şadam ki, Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində işləyəcəyəm. Şübhəsiz ki, mən Azərbaycanın maraqlarını da müdafiə edəcəyəm. Çünki Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Bu barədə dövlətlərarası razılaşmalar və digər rəsmi sənədlər var. Bizim məqsədimiz və istiqamətimiz eynidir”.
T. Şaraşenidze rus, türk, ingilis, bolqar, makedon dillərini bildiyini, bir neçə aya Azərbaycan dilində də sərbəst danışacağını açıqlayıb.

547