İKT-ya üzv ölkələrin turizm nazirlərinin yeddinci iclası keçirilib
10 dekabr 2010 14:13 (UTC +04:00)

İKT-ya üzv ölkələrin turizm nazirlərinin yeddinci iclası keçirilib

Nazirlikdən Lent.az-a verilən məlumata görə, iclasa 29 ölkə və İKT-nin 9 struktur qurumu qatılıb. İKT-ya üzv ölkələrin yüksək vəzifəli şəxslərindən ibarət olan İşçi Komitənin iclasında turizmin inkişafına dair qətnamənin və Tehran Bəyannaməsinin layihələri hazırlanıb. Layihələr turizm nazirlərinin yeddinci iclasında təsdiqlənib. Bu iclasda İKT-ya üzv ölkələr arasında mədəni turizm marşrutlarının inkişaf etdirilməsi, ölkələrin turizm potensialını vahid portalın yaradılması vasitəsilə təbliği və turizm məhsullarının bazarda irəliləməsi, sağlamlıq və dini turizm növlərinin inkişaf etdirilməsi, ölkələr arasında ekoloji turizmin inkişaf etdirilməsinə prioritet verilməsi, ölkələr arasında viza rejiminin sadələşdirilməsi, islam dəyərlərinin qorunması və turizm məqsədləri üçün istifadə olunması, mədəni dəyərləri özündə əks etdirən festivalların keçirilməsi məsələləri müzakirə olunub.

Üzv ölkələrdən təqdim olunan təklifə əsasən İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin turizm nazirlərinin 8-ci iclasına 2012-ci ildə sədrlik Sudana verilib.
Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar