Azərbaycanın birinci xanımının Protokol xidməti üzr istəməyi tələb edir
Azərbaycan Respublikasının birinci xanımının Protokol xidməti bildirib ki, “İl Foglio” qəzetində Azərbaycanın birinci xanımı haqqında verilmiş material ağ yalan və iftiradır.
APA-nın AzərTac-a isitinadən verdiyi xəbərə görə, Protokol xidmətinin məlumatda deyilir: “Biz bu il dekabrın 3-də “İl Foglio” qəzetində dərc edilmiş və Azərbaycanın birinci xanımının şərəf və ləyaqətini ləkələyən böhtan və iftiralardan son dərəcə hiddətləndiyimizi bildiririk. Biz rəsmi olaraq bildiririk ki, məqalədə ifadə olunmuş, guya alman diplomatlarından alınmış “sensasiyalı məlumatlar” ağ yalan və iftiradır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan parlamentinin deputatı Mehriban Əliyeva mədəniyyətlərin və sivilizasiyaların dialoqunun fəallaşdırılmasına, dünya mədəni irsinin qorunmasına, siyasi və ictimai həyatda qadınların rolunun artırılmasına yönəlmiş aktiv və çoxşaxəli fəaliyyəti ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınır. Aydındır ki, Azərbaycanın birinci xanımının, mürəkkəb geosiyasi şəraitdə, münaqişələrlə dolu regionda yerləşən ölkənin artan nüfuzu bəzi dairələrdə əsəbi reaksiya doğurur.
Biz başa düşürük ki, jurnalistlərin öz informasiya mənbələrini gizli saxlamaq hüququ bir sıra bulvar və aşağı səviyyəli nəşrlər tərəfindən açıq-aşkar böhtan, o cümlədən ölkəmizin nüfuzunun və Azərbaycanın birinci xanımının beynəlxalq nüfuzunun artmasında maraqlı olmayan müəyyən qüvvələrin sifarişi ilə iftiralar dərc etmək imkanı kimi şərh olunur.
Azərbaycanın birinci xanımının Protokol xidməti hamı tərəfindən etik normaları və bütün beynəlxalq və Avropa sənədlərində təsbit edilmiş insanın böhtandan müdafiə olunması və şəxsi həyatının toxunulmazlığı hüquqlarını rəhbər tutaraq Azərbaycanın birinci xanımından dərhal üzr istəməyi və yuxarıda göstərilən məqalə barədə təkzib dərc etməyi “İl Foglio” qəzetindən rəsmi surətdə tələb edir. Ölkəmiz, həmçinin Azərbaycanın birinci xanımının şərəf və ləyaqətinin müdafiə olunması barədə iddia ilə İtaliya və beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək hüququnu özündə saxlayır.

Oxşar yazılar

Türkiyəli jurnalistlərin Ermənistan səfəri - Paşinyanın məkirli planı baş tutacaqmı?
20 mart 2025 , 18:00
Siyavuş Novruzov xəstəxanaya yerləşdirildi: ƏMƏLİYYAT OLUNUB
20 mart 2025 , 16:57
Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
20 mart 2025 , 13:40
Düşmən susmur: Keşişkənd istiqamətindən atəşə tutulduq
20 mart 2025 , 09:34
Tramp Putinlə danışıqların nəticələrindən narazı qalıb: ekspert inandırıcı arqumentlər AÇIQLADI
19 mart 2025 , 19:46
Ermənilər bizi yenə atəşə tutdu
19 mart 2025 , 08:38
Tramp və Putinin söhbəti necə gedəcək? - ABŞ Milli Kəşfiyyatının direktorundan AÇIQLAMA
18 mart 2025 , 19:16