Əli Həsənov: “İnformasiya Ombudsmanı ilə ümumi ombudsmanı qarışdırmaq olmaz”
09 dekabr 2010 18:26 (UTC +04:00)

Əli Həsənov: “İnformasiya Ombudsmanı ilə ümumi ombudsmanı qarışdırmaq olmaz”

İnformasiya ombudsmanı spesifik bir sahədir və bu işə mütləq şəkildə jurnalistika sahəsində təcrübəsi olan adam rəhbərlik etməlidir”. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Media forum” saytına açıqlamasında belə deyib.
Şöbə müdiri qeyd edib ki, məsələyə yenidən baxılmalı, informasiya ombudsmanı ayrıca adam olmalıdır.
Prezident Administrasiyasında hazırlanan və Milli Məclisə göndərilən layihədə informasiya ombudsmanının səlahiyyətlərinin ombudsmana verilməsinin nəzərdə tutulmasını şərh edən Əli Həsənov deyib: “Prezident Administrasiyasından gələn təşəbbüslər normal təşəbbüslərdir və dəstəklənməlidir. Amma beynəlxalq aləmdə bir təcrübə var. İnformasiya ombudsmanı ayrı olmalıdır. Hesab edirəm ki, Azərbaycanda da bunu ayrıca bir struktur kimi yaratmaq olar və bu zəruridir”.
Milli Məclisin 2005-ci ildə qəbul etdiyi “İnformasiya əldə etmək haqqında” qanuna görə, Azərbaycanda informasiya ombudsmanı təyin olunmalıdır. Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələri dekabrın 8-də “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” konstitusiya qanununa əlavə və dəyişiklikləri qəbul edib. Əlavə və dəyişikliklərə əsasən, informasiya ombudsmanı təyin olunmayacaq və bu səlahiyyətlər hazırkı ombudsmana veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar